tic_hasan_fotoi.e.n., dos.  Abasov Həsən Hüseyn oğlu

1966-cı ildə  S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinin «Ticarətin iqtisadiyyatı» ixtisasını bitirmişdir.

1966-1993-cü illərdə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir.

1993-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Sosioloji Elmi-Tədqiqat laboratoriyasının müdiri  vəzifəsində işləmişdir.

 

*

1983-cü ildə  iqtisad elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Marketinq» kafedrasında baş müəllim vəzifəsində işləmişdir.
2017-ci ilə kimi UNEC-in “Ticarət və gömrük işinin təşkili” kafedrasının dosenti olub.

2004-cü ildə dosent elmi adı verilmişdır.

4 fənn proqramının, 2 metodiki dərs vəsaitinin, 1 dərsliyin, 67 elmi məqalənin müəllifidir.