menec_aygun_fotoi.e.n., dos. Ələsgərova Aygün Ağasəlim qızı

1981-1985-ci illərdə D.Bünyadzadə ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət iqtisad Universiteti) təhsil almışdır.

1985-ci ildə Dövlət Plan komitəsinin nəzdində Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı vəzifəsində işləmişdir.

1985-1988-ci illərdə D.Bünyadzadə ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aspirantı olmuşdur.

1989-cu ildə namizədlik dissertasiyasının müdafiə etmişdir.

1989-1995-ci illərdə Sənaye İqtisadiyyatı kafedrasında laborant;
1992-1993-cü illərdə baş laborant işləmişdir.

1993-1995-ci illərdə Sənayenin iqtisadiyyatı kafedrasında müəllim vəzifəsində çalışmışdır.

1995-2002-ci illərdə “Menecment” kafedrasında baş müəllim

2002-ci ildən “Menecment” kafedarsının dosentidir.

30-a qədər elmi əsərin, həmçinin bir sıra proqram və dərsliklərin müəllifidir.