in2_aliyeva_alinai.e.n., dos. Əliyeva Alina Məcid qızı

25.11.1953-cü ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunda anadan olmuşdur.

1975-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Siyasi iqtisad ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

1975-ci ildə həmin institutun “Siyasi iqtisad” kafedrasında əvvəlcə laborant, 1978-ci ildən isə baş laborant vəzifəsində işləmişdir.

1978-1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetininə Siyasi iqtisad ixtisası üzrə aspiranturaya daxil olmuş və 1991-ci ildə həmin universiteti bitirmişdir.

*

“Məhsulun keyfiyyətinin yüksəldilməsinin maddi həvəsləndirilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşdür.

1999-cu ildə L.N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının “Siyasi iqtisad” kafedrasına müsabiqə yolu ilə müəllim vəzifəsinə seçilmişdir.

1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Siyasi iqtisad” kafedrasına baş müəllim, 1999-cu ildə “İqtisadi nəzəriyyə-2” kafedrasına dosent vəzifəsinə seçilmişdir.

Hazırda “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosentidir.

Ailəlidir, üç övladı və iki nəvəsi var.