in2_aliyeva_leylai.e.n., dos. Əliyeva Leyla Zakir qızı

28 fevral 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1988-ci ildə Bakı şəhərinin 54 saylı məktəbini gümüş medalla  başa vurmuşdur.

1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının fərqlənmə diplomu ilə bitirmişdir.

1994-cü ildə AMEA-nın İqtisadiyyat İnstitutunun aspirantı olmuş, 2003-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

 

*

1992-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetininn “İqtisadi nəzəriyyə-2” kafedrasında laborant, 2001-ci ildən müəllim, 2005-ci ildən baş müəllim vəzifəsində çalışıb.

Hazırda “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosentidir.

1 proqram, 20 elmi məqalə və tezisin müəllifidir. Beynəlxalq konfranslarda iştirak etmiş və həmin konfransların materiallarında məqalələri çap olunmuşdur. Q.Menkyunun “Ekonomiks” dərsliyinin tərcüməsində iştirak etmişdir.

Ailəlidir, iki övladı var.