stat_foto_qesem

i.e.n., dos. Hüseynli İlham Qəşəm oğlu

1965-ci ildə  anadan olub.

1983-cü ildə isə Bakı şəhər, 1sayli fizika-riyaziyyat təmayüllü Respublika internat məktəbini əla qiymətlərlə başa vuraraq Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna( indiki Memarlıq İnşaat Universteti) daxil olub.

1990-cı idə isə həmin İnstitutu “ Tikintinin iqtisadiyyatı və təşkili “ ixtisası üzrə  fərqlənmə diplomu ilə bitirmiş və  Təhsil nazirliyinin göndərişi ilə gənc mütəxəssis kimi universtetdə  saxlanılaraq, elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.

2005-ci ildə “Azərbaycan Respublikasında kiçik və orta biznesə investisiya qoyuluşunun statistik tədqiqi” mövzusunda “ Mühasibat uçotu, statistika” ixtisası üzrə dissertasiya işini müdafiə edərək  “ İqtisad elimləri namizədi “ alimlik dərəcəsi almışdır.

2009-cu ildə ABŞ-ın paytaxtı Vaşinqtonda “İqtisadi Tədqiqat Mərkəzlərinin Yaradılması, Dəstəklənməsi və İdarə edilməsi”  Mübadilə Proqramının məzunu olmuşdur.

Respublikada kiçik biznesin mövcud vəziy­yətinin statistik təhlili, kiçik və orta sahibkarlığın problemləri, onların inkişafında inves­tisiyaların rolu, kiçik sahibkarlığın statistik uçotunun və bazar subyektlərinin maliyyə sabitliyinin statistik qiymətləndirilməsi problemlərinə dair onlarla əsərin və monoqrafiyanın müəllifidir.

ABŞ, Kanada, Fransa, Avstraliya,Almaniya, Avstriya,Cexiya, Türkiyə, Brləşmiş Ərəb Əmirlikləri, Qazaxstan,Seneqal və  onlarla digər ölkələrdə müxtəlif səviyyəli Beynəlxalq konfrans və seminarların iştirakçısı olmuş, məruzə və çıxışlar etmişdir.

Azərbaycan Dövlət İqtisad Univeristetinin  “”Statistika və ekonometrika “ kafedrasının dosentidir.

 

*

Əmək fəaliyyəti:

1990-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda müəllim;
1992-1993-cü illərdə Azərbaycan Respublikası, Binəqədi rayon İcra Hakimiyyətində baş iqtisadçı;
1993-1997-ci illərdə  ”Nərgiz” kiçik dövlət müəssisəsində Baş direktorun İqtisadi məsələlər üzrə müavini;
2000-2003-cü illərdə Azərbaycan Memarlıq İnşaat Univerisitetində müəllim;
2003-2006-cı illərdə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyində Vitse-Prezident;
2003-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Univeristetində saat-hesabı əsaslarla müəllim;
2012-ci ildən Azərbaycan Dövlət İqtisad Univeristetində baş müəllim vəzifəsində çalışmışdır.