Caha m-şəkili.e.n., dos. Məmmədov Cahan Cahangir oğlu

1949-cu ildə Tovuz rayonunda anadan olub.

1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatıİnstitutunun Xalq təsərrüfatının planlaşdırması, iqtisadiyyatı və təşkili fakültəsinə daxil olub, həmin institutu 1975-ci ildə bitirərək,  iqtisadçı ixtisasını almışdır.

1968-1970-ci illərdə Almaniya DR-da hərbi xidmətdə olub.

1970-1972-ci illərdə Bakı Baş tikinti idarəsinin 12 №-li Tikinti Quraşdırma İdarəsində çilingər;
1972-1976-cı illərdə Azərbaycan Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsində mühəndis-iqtisadçı, böyük iqtisadçı;
1976-1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İstehsalat Texniki Təminat Komitəsində texniki rezin məmulatları şöbəsində böyük mühəndis-iqtisadçı, Xüsusi geyim, təsərrüfat malları və avadanlıqların təckizatı şöbəsinin rəisi, Tikinti Materiallarının təchizatı şöbəsinin rəisi, Maşın, avadanlıq və istehsal təyinatlı malların təchizatı üzrə Baş idarəsinin rəisi;
1986-1989-cu illərdə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsində Maddi-Texniki Təchizat üzrə Baş idarənin rəis müavini, rəisin birinci müavini;
1991-1992-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Maddi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir.

1992-ci ilin dekabr ayından 1993-cü ilin may ayına kimi həmin Nazirliyin «Azəraqro-təchizatmexanikləşdirmə» Respublika İstehsalat Birliyində sədrin birinci müavini;
1993-2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin  müavini vəzifələrində çalışmışdır.

 

*

2008-ci ildən Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətində – Aparatın rəhbəri vəzifəsində işləyir.

1978-ci ilin may ayının 6-da «Sosializm yarısının qalibi» medalı, 1982-ci ildə Kənd Təsərrüfatının inkişafındakı əməyinə və nailiyyətlərinə görə SSRİ Ali Soveti Rəyasət heyətinin 23 fevral 1981-ci il qərarına əsasən «Şərəf  Nişanı» ordeni ilə təltif olunub.

1992-ci ildə Rusiya FR-nın Sankt-Peterburq Dövlət İqtisad Universitetində «Bazar iqtisadiyyatı şəraitində Aqrar bölmənin maddi-texniki təminatı» mövzusunda iqtisad elmləri namizədi dərəcəsi almaq üçün müdafiə edib.

1994-2015-ci illərdə «Marketinq» kafedrasında saathesabı müəllim işləyib.

Çoxsaylı məqalələri, dərslik və dərs vəsaitləri çapdan çıxmışdır.

*