3i.e.n., dos. Məmmədov Məmməd İbrahim oğlu

31 dekabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olmuşdur.

1974-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Ümumiqtisad fakültəsini   fərqlənmə diplomu ilə bitirmiş və təyinatla həmin institutun Hesablama Mərkəzində iş fəaliyyətinə başlamışdır.

1974-cü ildən 2001-ci ilə qədər institutda baş laborant vəzifəsindən aparıcı proqramçı, qrup rəhbərinədək müxtəlif vəzifələrdə işləmişdir.

1975-1979-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuşdur.

2001-ci ilin fevral ayında Azərbaycan Dövlət İqtisad Universitetinin  “İqtisadi kibernetika” kafedrasına müəllim vəzifəsində işləyib.

2001-ci il dekabr ayında müsabiqə yolu ilə həmin kafedranın baş müəllimi;
2010-cu ilin iyul ayından dosenti vəzifəsinə seçilmişdir.

 

 

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda B/D 01.121 Dissertasiya Şurasında “08.00.13 – İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə “Əhali istehlakının makroiqtisadi təhlili və riyazi modelləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 2008-ci ilin iyun ayında iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

Hazırda UNEC-in “Riyaziyyat və statistika ” kafedrasının dosentidir.

30-dan çox elmi əsərin, o cümlədən 1 monoqrafiya və dərs vəsaitinin müəllifidir.
Beynəlxalq və respublika elmi konfranslarında dəfələrələ məruzə ilə çıxış etmişdir.

Evlidir, iki övladı var.

DSC00402DSC_3901

Biznes və menecment fakültəsində tədris proseslərinin izlənilməsinə başlanılıb (05.10.2016)