muradov_rovshan_menecmenti.e.d., prof. Muradov Rövşən Şahbaz

10 may 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) Əməyin iqtisadiyyatı və sosiologiyası ixtisası üzrə Fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA-nın) İqtisadiyyat İnstitutunun əyani aspiranturasına qəbul olmuş və 1996-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir.

1993-cü ilin avqustunda gənc mütəxəssis olaraq İqtisad Universitetinin Sosioloji elmi tədqiqatlar laboratoriyasına kiçik elmi işçi kimi işə qəbul edilmişdir.

1994-cü il sentyabrın 28-də köçürmə yolu ilə Azərbaycan Respublikası Ali Sovetinin (indiki Milli  Məclisinin) İqtisadi siyasət daimi komissiyasına (indiki Komitəsinə) ekspert vəzifəsinə təyin edilmişdir. Həmin ildən Ali Sovetin Katibliyində, Milli Məclisin Aparatında müxtəlif məsul vəzifələrdə: məsləhətçi, böyük məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini-sektor müdiri vəzifələrində çalışmışdır.

Hazırda Azərbaycan Respublikasının Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində işləyir.

1997-ci il may ayının “30”-da AEA-nın (indiki AMEA-nın) İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərmiş D.0004.0501 ixtisaslaşdırılmış dissertasiya şurasında “Bazar iqtisadiyyatına keçid şəraitində əhalinin məşğulluq quruluşunun formalaşdırılması və təkmilləşdirilməsi problemləri” mövzusunda iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün 08.00.07. “Əməyin iqtisadiyyatı” ixtisası üzrə dissertasiya işini müdafiə etmişdir.

Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının “24” noyabr 1997-ci il (protokol № 51) tarixli qərarı ilə ona iqtisad elmləri namizədi alimlik dərəcəsi (EN № 01366); “26” sentyabr 2006-cı il (protokol № 25) qərarı ilə isə dosent elmi adı verilmişdir (DS № 02601).

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 iyun tarixli 2978 nömrəli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

*

Azərbaycan Respublikası Prezidentinin “İnzibati vəzifələr tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında” 2015-ci il 17 iyun tarixli 1275 nömrəli Sərəncamı ilə  3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.

2015-ci il 25 noyabr tarixində AMEA-nın İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən D.01.181 dissertasiya şurasında “Azərbaycan Respublikasında əmək potensialının formalaşması və istifadəsinin sosial-iqtisadi və demoqrafik problemləri” mövzusunda iqtisad üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün 5308.01 “Ümumi iqtisadiyyat” ixtisası üzrə dissertasiya işini müdafiə etmiş və Azərbaycan  Respublikasının Prezidenti yanında Ali Attestasiya  Komissiyasının 21 oktyabr 2016-cı il tarixli (protokol № 09-R) qərarı ilə ona iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir (ED № 01749).

2 yanvar 2004-cü ildən AMEA-nın İqtisadiyyat İnstitutunun “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı” şöbəsində əvvəlcə 0,5 ştat əvəzçiliklə aparıcı elmi işçi,  1 noyabr 2013-cü ildən 1 mart 2016-cı il tarixinədək isə baş elmi işçi vəzifəsində işləmişdir.

UNEC-in “Menecment” kafedrasının 0,5 ştat əvəzçiliklə professorudur.

4 monoqrafiya, 70-dək elmi-metodiki əsərin müəllifidir.

Evlidir, iki övladı var.

muradovок