bux_yahya_fotoi.e.n., dos. Mustafayev Yəhya Rəsul oğlu

1.04.1954-cü ildə Fizuli rayonun Molla Məhərrəmli kəndində anadan olmuşdur.

1963-cü ildə orta məktəbə getmişdir.
1966-cı ildə ailəsi Bakı şəhərinə köçdüyü ilə əlaqədar olaraq təhsilini 212 №-li məktəbdə davam etmişdir.

1973-cü ildə həmin məktəbi bitirib və həmin ildə D.Buniyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur.
1977-ci ildə həmin institutu bitirib və 1№-li Bakı şərab zavodunda mühasib vəzifəsində çalışmışdır.

 

 

1977 -1979-cu illərdə sovet ordusunda qulluq etmiş və sonra 1№-li Bakı şərəb zavodunda mühasib  vəzifəsində çalışmağını davam etmişdir.

1981-1993-cü illərdə Azərbaycan Kənd Təsərrüfatının İqtisadiyyatı və təşkili Elmi Tədqiqat İnstitutunda laborant, kiçik elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır.

1987-ci ildə dissertasiyanı müvəffəqiyyətlə  müdafiyə edib iqtisad elmləri namizədi adına layiq gorülmüşdür.

2000-ci ildən Azərbaycan Dövlət iqtisad Universitetində baş müəllim vəzifəsində fəaliyyət göstərib.
Hazırda kafedranın dosentidir.