vergi_imran_fotoi.e.n., dos. Rzayev İmran Mirzə oğlu

3 dekabr 1952-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kəndində anadan olmuşdur.

1975-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş və təyinatla Azərbaycan Dövlət Pedoqoji İnstitutuna müəllim təyin olunmuşdur.

1979-1983-cü illərdə Bakı Dövlət Universitetinin aspirantı olmuşdur.

1987-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

2001-ci ilin avqust ayından Azərbaycan Dğvlət İqtisad Universitetinin “Vergilər və vergiqoyma” kafedrasının dosenti vəzifəsində çalışıb.

Hazırda UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

 

*

Bir dərsliyin, bir neçə metodik vəsaitin, 50-dən çox elmi məqalənin müəllifidir.

2008-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıdır.

Evlidir, iki övladı və üç nəvəsi var.
*

UNEC alimləri beynəlxalq elmi konfransda (29.06.2017)