muh_ali_fotori.e.n., dos. Sadıqov Əli Adışirin oğlu

19 avqust 1938-ci ildə  Azərbaycan Respublikasının İmişli rayonunun Qızılkənd kəndində anadan olmuşdur. 1938-ci ildə valideynləri ilə birlikdə Qazaxıstana sürgün olunmuş və 1946-cı ildə  ana vətənə qayıtmışdır.

1957-ci ildə K.Marks adına  Azərbaycan Xalq Təsərrüfatı  institutuna daxil olmuşdur.
1959-1963-cü illərdə hərbi xidmətdə olmuşdur.
1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir.

1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun əyani aspiranturasını bitirmişdir.

 

 

*
1971-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş və həmin ildə iqtisad elmləri namizədi elmi dərəcəsi adını almışdır.

1982-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.

60-dan yuxarı elmi əsərin, dərslik və dərs vəsaitinin müəllifidir.

1972-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” kafedrasında işləyir.

Hazırda “Mühasibat uçotu və audit” kafedrasının dosentidir.

Ailəlidir, altı övladı və nəvələri var.