vergi_rauf_fotoi.e.n., dos. Salayev Rauf Arif oğlu

1970-ci il aprelin 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1987-ci ildə Bakı şəhəri Nərimanov rayonu 178 saylı orta məktəbi bitirmişdir.

1993-cü ildə Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasının Qeyri-ərzaq mallarının əmtəəşünaslığı fakültəsini bitirmişdir.

1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatının İdarəetmə İnstitutunu və TASİS proqramı üzrə Böyük Britaniyanın Nottingem-Trent Universitetinin “Managment” (Menecment) ixtisasını bitirmişdir.

1998-ci ildə Almaniyanın Avropa Meklenburg-Vorpommern Akademiyasının “Financial management” (Maliyyə menecmenti) üzrə ixtisası bitirmişdir və ACCA (Association of Chartered Certified Accountans) beynəlxalq sertifikatına layiq görülmüşdür.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirmişdir.

2007-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetində 08.00.05 – “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (makroiqtisadiyyat)” ixtisası üzrə “Azərbaycan Respublikasında rabitə xidməti infrastrukturunun innovasiya idarə edilməsi” mövzusunda namizədlik dissertasiya işi müdafiə etmişdir.

2008-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda maliyyə üzrə ixtisasını artırmışdır.

 

 

*

1993-1994-cü illərdə “Bakı şifer və keramika məmulatları” kombinatında iqtisadçı;

1994-1996-cı illərdə “Azəryeyintisənaye” tikinti trestində baş iqtisadçı və şöbə rəisi;
1996-2001-ci illərdə Azərbaycan Respublikası Auditorlar Palatasında Auditor Xidməti Departamentinin və nəzarət departamentinin baş mütəxəssisi;
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasının müəllimi işləmişdir.

2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” kafedrasının
baş müəllimi vəzifəsində çalışır.
2017-ci ilə kimi “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti olub.

Hazırda UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.

Maliyyə, vergi və iqtisadiyyatın digər sahələrinin aktual problemlərinə aid olan 3 dərs vəsaitinin, 2 tədris proqramının və 50 yaxın məqalənin müəllifidir.

İki övladı var.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

FB_IMG_1639250955616