bux_sefer_fotoi.e.n., dos. Süleymanov Səfər Məhəmməd oğlu

13 iyul 1954-cü ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur.

1961-1971-ci illərdə Kürdəmir rayonu M.Abdullayev adına orta məktəbdə təhsil almışdır.

1975-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Uçot-iqtisad fakultəsinə daxil olmuş, 1979-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir.

 

 

 

1995-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. İqtisad elmləri nzmizədidir.

1986-cı ildə D.Bünyadzadə adına AzXTİ-da kompüter biliyini artırma kursunu;
1998-2003-cü illərdə Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılma və Yenidən Hazırlanması kursunu bitirmişdir.

Uçot-iqtisad fakultəsinin Elmi Şurasının katibi, “Maliyyə və uçot” jurnalının baş redaktorunun müavinidir.
Respublika Auditorlar Palatasında auditorların hazırlanması və attestasiyası üzrə imtahan komissiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.