tic_pika_fotoi.e.n., dos.  Xudiyeva Pikəxanım Tahir qızı

1974-cü il noyabrın 2-də Bakı şəhərində  anadan olmuşdur.

1991-1996-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsində təhsil almışdır.

1996-cı ildən «Ticarət» kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləmişdir.

 

*
1997-ci ildə «Ticarət» kafedrasının dissertantı olmuşdur.

2006-cı ildə iqtisad elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

2012-ci ildən dosent əvəzi olub. Hazırda “Ticarət və gömrük işinin təşkili” kafedrasının dosentidir.

20-dən çox elmi məqalənin müəllifidir. 10-a yaxın dərs vəsaitinin,  dərsliyin, kitabların yazılmasında və tərcümə edilməsində iştirak etmişdir.