hamid 1 (10) - копияi.e.n., dos. Zeynalov Həmid Səfər oğlu

1947-ci ildə Ağdam rayonunda anadan olmuşdur.

1953-cü ildə Ağdam rayonu 3 saylı orta məktəbə daxil olmuşdur.
1965-ci ildə 2 saylı beynəlmiləl orta məktəbini bitirmişdir.

1953-cü ildə M.Əzizbəyov adına Neft və Kimya institutunun Əməyin iqtisadiyyatı ixtisasına qəbul olunmuşdur.
1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Əməyin iqtisadiyyatı ixtisası üzrə bitirmişdir.

1972-ci ildə Əməyin iqtisadiyyatı ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur.

1979-cu ildə EA-nın iqtisadiyyat institutunda “Peşə əmək bölgüsünün səmərəliliyi” mövzusunda namizədlik işini müdafiə etmişdir.

1969-cu ildə “Əməyin iqtisadiyyatı” kafedrasında laborant, 1976-cı ildən həmin kafedra üzrə müəllim, 1980-ci ildən baş müəllim, 1988-ci ildən isə dosent vəzifəsində işləmişdir.

İqtisadiyyatın müxtəlif sahələri üzrə 35 elmi məqalələri vardır.

 

 

1990-cu ildə müsabiqə yolu ilə “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. Eyni zamanda həmin ildən universitet Həmkarlar Təşkilatının sədri vəzifəsində işləmişdir.

2009-cu ildən Azərbaycan Dövlət Aqrar Universitetində I prorektor;
2011-ci ildən həmin universitetdə ümumi işlər üzrə prorektor vəzifəsində işləmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” kafedrasınıda dosent vəzifəsində çalışıb, 2019-cu il sentyabr ayında  Həmid Zeynalov təqaudə yola salınmışdır.

Ailəlidir, iki övladı var.

hamid 1 (10)???????????????????????????????