tenzim_esli_fotoi.f.d., b/m. Kazımova Əsli Xanhüseyn qızı

11 aprel 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə  diplomu ilə bitirmişdir.

2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistrı olmuşdur.

 

*
2011-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad üzrə fəlsəfə doktorudur.

2004-cı ildən  Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.

Hazırda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimidir.

Makroiqtisadiyyatın müxtəlif problemlərinə aid olan 19-dan artıq elmi əsərin müəllifidir.