erzaq_maya_fotoi.f.d., b/m. Kərimova Maya Cavanşir qızı

1965-ci il mayın 1-də Xaçmaz şəhərində anadan olmuşdir.

1982-ci ildə Bakı şəhəri Nəsimi rayonunun 240 saylı orta məktəbini bitimiş, 1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinə daxil olmuş, biologiyaşünas, biologiya və kimya müəllimi ixtisası üzrə institutu bitirmişdir.

Əmək fəaliyyətimə «Kooperativ ticarətin iqtisadiyyatı» Ümumittifaq Elmi Tədqiqat İnstitutunun Azərbaycan filialında – «Kənd təsərrüfatı mallarının hazırlanması» şöbəsində baş laborant vəzifəsində başlamış, müxtəlif ali təhsil ocaqlarında ( Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda – 1985, Az. Dövlət Tibb Universitetində 1985- 2001) iş fəaliyyətini davam etdirmişdir.

 

*

2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində assistent, 2002-ci ildən baş müəllim vəzifəsində çalışır. Həmin ildən «İstehlak mallarının keyfiyyət ekspertizası» kafedrasının dissertantı olmuş,  «Azərbaycan Respublikasında yuyucu vasitələr bazarının tənzimlənməsi problemləri» mövzusunda iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

2010-cu ildən Azərbayjan Dövlət İqtisad Universitetinin «İstehlak mallarının ekspertizası» kafedrasının baş müəllimidir.

45-dən çox  elmi əsərin müəllifidir.

Ailəlidir. İki övladı var.

 

ELMİ ƏSƏRLƏRİN SİYAHISI