bux_gul_fotoi.f.d., b/m. Tanrıverdiyeva Gülnarə Qurbanəli qızı

1979-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Uçot-iqtisad fakültəsinə daxil olmuş;
2000-ci ildə “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Uçot-iqtisad fakültəsi üzrə magistratura pilləsinə daxil olmuş;
2002-ci ildə Mühasibat uçotu və audit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” kafedrasının dissertantı təyin edilmişdir.

 

*

2011-ci ildə “Xüsusi kapitalın uçotunun təkmilləşdirilməsi” adlı dissertasiya işini müdafiə edərək, həmin ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

2003-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” kafedrasının müəllimi, hazırda baş müəllimi vəzifəsində çalışır.

Ölkədə və xaricdə çap olunmuş 32 məqalənin, 30 tezisin, 2 monoqrafiyanın və 2 metodiki vəsaitin müəllifidir.

Hazırda AMEA-nın İqtisadiyyat İnstitutunun doktorantura pilləsində “Aqrar emal müəssisələrində investisya qoyuluşlarının idarəedilməsi problemləri” adlı mövzu üzərində çalışır.