emek_zakir_fotoi.f.d., dos. Malayev Zakir Abbas oğlu

1960-cı il yanvarın 13-də Sumqayıt  şəhərində fəhlə ailəsində anadan olmuşdur.

1989-cu uldə Moskvada “Высшая школа профсоюзного движения ВЦСПС  им .Н.М.Шверника” ali məktəbinə daxil olmuşdur.
1994-cü ildə “Социально-экономический  институт при Академии труда и социальных отнощении” tam kursu başa vurmuş, “Əməyin iqtisadiyyatı və sosiologiyası” ixtisasına yiyələnmişdir.

2001-ci ildən 2005-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı olmuşdur.
2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında «Управление трудовыми ресурсами и улучшения их использования» mövzusunda elmi işi müvəffəqiyyətlə müdafiə etmişdir.

 

 

 

1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur.

2005-2012-ci illərdə “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında saat hesabı müəllim;
2012-ci  ildən 0,5 ştat vahidi olaraq əvəzçiliklə baş müəllim işləyib.
“İnsan resurslarının idarə edilməsi”, “Davamlı insan inkişafı”, “Əməyin təşkilinin əsasları”, “Əməyin iqtisadiyyatı”, “Əməyin təşkilinin sosial-iqtisadi problemləri”, “Heyətin idarə edilməsi”, “Gəlir və əmək haqqı siyasəti”, “İş yerlərinin attestasiyası” fənnləri üzrə həm rus, həm də Azərbaycan dillərində mühazirə və məşğələləri tədris edib.

İqtisad Universitetinin Həmkarlar İttifaqı Komitəsinin Təftiş Komissiyasının sədr müavini və ATİAHİ Respublika  Komitəsinin nümayəndəsidir.

2013-ci ildə “Erqonomika” ( azərbaycan və rus dilində) adlı fənn proqramı və  “Erqonomika” ( azərbaycan və rus dilində) adlı əlyazması metodik vəsait çap etdirilmişdir.

Hazırda “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının dosentidir.