I kurs tələbələri şahmat turnirinin qalibi olub

10 MART 2017 | VIEWS:

Martın 1-dən 9-dək UNEC-in “İqtisadçı” idman klubunda 5 mart Respublika Bədən Tərbiyəsi və İdman Gününə həsr edilən şahmat turniri keçirilib. Fakültələrarası turnirdə 73 tələbə iştirak edib. Gərgin keçən beyin mübarizəsinin qalibləri I kurs tələbələri olub.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi, I dərəcəli şahmatçı Zöhr Babazadə turnirdə I yerə layiq görülüb. Türk Dünyası İşlətmə fakültəsinin tələbəsi Yalçın Hüseynli II, Maliyyə və mühasibat fakültəsinin tələbəsi Nicat İsmayılov isə III yeri qazanıb.

Qalib tələbələrimizi təbrik edirik!