Böyük Britaniyanın London Universiteti /London İqtisadiyyat Məktəbi ilə ikili diplom proqramı

Proqrama I kursu bitirən tələbələr müraciət edə bilər.

İxtisaslar
“Mühasibat və maliyyə”
(BSc in Accounting and Finance)
“Biznes və menecment”
(BSc in Business and Management)

Proqramın modeli
Tələbələr II kursdan UNEC-də London Universiteti/London İqtisadiyyat Məktəbinin tədris proqramı üzrə xüsusi qruplarda Böyük Britaniyaya getmədən UNEC-də təhsil alırlar. İmtahanlar British Concil-də verilir.

Qəbul şərtləri
‒ Minimum orta bal (ÜÖMG) – 80 bal
‒ İngilis dili – B1
(PTE Academic, TOEFL, IELTS arzuolunandır)

Tələb olunan sənədlər:
‒ Akademik transkriptin ingilis dilində notarial qaydada təsdiqlənmiş nümunəsi
‒ İngilis dili biliklərini təsdiq edən sertifikat
‒ Ərizə

Təhsil müddəti – 3 il
Tədris dili – İngilis

Təhsilini uğurla başa vuran tələbələr UNEC-in və London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə edəcəklər.London İqtisadiyyat Məktəbi (LSE) haqqında
London İqtisadiyyat Məktəbi 1895-ci ildə yaranmışdır. London Universitetinə bağlı olaraq 18 fakültə və 30 tədqiqat mərkəzi vardır. Dünya universitetləri QS reytinq sıralandırılmasında ən yaxşı 38-ci universitet olaraq yer tutmaqdadır. LSE`nin 13 məzunu Nobel mükafatına layıq görülmüşdür.

https://london.ac.uk/

Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramı

Proqrama I kursu bitirən tələbələr müraciət edə bilər.

İxtisas
Beynəlxalq Biznes və Menecment

Proqramın modeli
Proqramda UNEC-in Dünya iqtisadiyyatı, Maliyyə, Mühasibat, İqtisadiyyat, Biznesin idarəolunması ixtisaslarını uğurla bitirən ikinci tələbələri iştirak edə bilər. Tələbələrə 2 variant üzrə təhsillərini davam etdirmək imkanı verilir.

I variant
UNEC-in II kursunu bitirən tələbələr III kursda təhsillərini Montpellier Universitetində davam edirlər. Kursun sonunda tələb olunan 60 kreditləri qazandıqdan sonra tələbələr UNEC-ə geri dönürlər və təhsillərini 4-cü kursdan davam edirlər.
II variant
UNEC-in II kursunu bitirən tələbələr III kurs təhsilini də UNEC-də davam etdirir. Bu zaman tələbələr bəzi fənlər üzrə Montpellier Universitetindən dəvət olunan professorların dərslərində iştirak etməklə həm UNEC, həm də Montpellier Universitetinin tələb olunan kreditlərini qazanırlar.

Qəbul şərtləri:
‒ I və II kurslardan 120 kredit (60+60) toplamaq
‒ Minimum orta bal (ÜÖMG) – 81 bal
‒ İngilis dili biliyi – B1

Tələb olunan sənədlər:
Akademik transkript
Ərizə

Tədris dili – İngilis
Xaricdə təhsil müddəti – 1 il

Montpellier Universiteti haqqında
Əsası XII əsrdən qoyulan Montpellier 1 və Montpellier 2 Universitetlərinin birləşməsi olan Montpellier Universiteti elm, texnika və tibb, hüquq və iqtisadiyyat üzrə beynəlxalq səviyyədə təhsil xidmətləri təqdim etməkdədir. Bu mənada Universitet Şanxay Akademik Reytinqi və QS reytinqində yer tutmaqdadır. Həcminə görə Montpellier Universiteti Fransada 6-cı yerdədir. Burada 41000 tələbə (16% əcnəbi tələbələr olmaqla) o cümlədən 1700 doktorant təhsil alır və 4500 elmi tədqiqatçı müxtəlif sahələr üzrə çalışır.

https://www.umontpellier.fr/

 

14 1