UNEC inkişaf edən Azərbaycan iqtisadiyyatını lazımi kadrlarla təmin edən əsas mənbədir

05 MART 2018 | VIEWS:
6698

Tahir_MirkishiliUNEC-də “Ayın məzunu” layihəsi davam edir. Layihə çərçivəsində hər ay bir UNEC məzununu tanıyacaq, onun uğur hekayəsini oxuyacaqsınız.

Mart ayının məzununu qürurla təqdim edirik!

Tahir Mirkişili 1977-ci il iyunun 7-də anadan olub. 1994-cü ildə Bakı şəhəri 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü liseyi bitirib. Riyaziyyat fənni üzrə Azərbaycan yığma komandasının üzvü kimi beynəlxalq olimpiadalarda iştirak edib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub. 1998-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali təhsil müəssisəsi tələbələri arasındakı Ümumrespublika İqtisadiyyat Olimpiadasında 1-ci yeri tutub.

2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə ABŞ-ın Stanford Universitetində İKT İqtisadiyyatının idarəedilməsi üzrə ixtisaslaşmış proqramı bitirib.

2006-cı ildə “Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

2005-2010-cu illər ərzində ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, Sinqapur, Cənubi Koreya, İspaniya, Malayziya kimi ölkələrin innovativ iqtisadi modellərinin araşdırılması ilə məşğul olub. 2016-cı ildə Oksford (Böyük Britaniya) Universitetinin “Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Siyasət” ixtisası üzrə xüsusi proqramını bitirib.

1-ci dərəcəli dövlət qulluqçusu, millət vəkilidir. 2012-ci ildə informasiya kommunikasiya texnologiyaları sahəsində xidmətlərə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

“Heydər Əliyev Mərkəzi”, “ASAN Xidmət”, “Elektron İmza”, “Elektron Hökumət”, “Elektron Təhlükəsizlik”, “Elektron Təhsil”, “Made in Azerbaijan” kimi uğurlu layihələrin həyata keçməsində bilavasitə iştirak edib, İKT sahəsi üzrə dünyada baş verən mühüm yeniliklərin Azərbaycana gətirilməsində mühüm rol oynayıb.

1 kitabın və 10 elmi məqalənin müəllifidir.

İqtisadçı alim öz uğur hekayəsini UNEC tələbələri ilə bölüşür:

1994-cü ildə Azərbaycanda iqtisadi vəziyyət çox mürəkkəb idi. Atəşkəs yeni elan olunmuşdu. O zaman universitetə daxil olan hər birimiz ölkəmiz üçün faydalı olmağı düşünürdük. Məhz bu hisslərlə də gecə-gündüz oxuyurduq. İxtisasımız yeni olduğundan ədəbiyyat yox dərəcəsində idi, kitab mağazasında satılan “Ekonomiks” adlı yeganə kitabı hamımızın almaq imkanı olmadığından ümumi qrup üçün bir kitab almışdıq. Ancaq oxumaq və işləmək həvəsi o qədər güclü idi ki, bir çox hallarda 80 dəqiqəlik seminar müddəti bizim birimizin təqdimatı üçün yetmirdi. Yaxşı anlayırdıq ki, uğurlu olmağın tək yolu yaxşı oxumaq və kadr kimi yetişməkdir. Müəllimlərimiz də vicdanla və fədakarlıqla mühazirələr keçir və bizim oxumaq həvəsimizə uyğun olaraq öz materiallarını da yeniləyirdilər.

Universiteti bitirdikdən sonra o zaman yeni yaranmış Xarici İqtisadi Əlaqələr Nazirliyində Ümumdünya Ticarət Təşkilatına üzvlük üzrə şöbədə mütəxəssis kimi ilk dəfə işləməyə başladım. Ədalət naminə qeyd etməliyəm ki, universitetdə aldığım təhsil ixtisasım üzrə mütəxəssis kimi işləməyə tam imkan da verirdi. Ancaq informasiya kommunikasiya texnologiyalarına həvəsim və dünyadakı innovativ yeniliklər məni cəlb etdiyindən, daha sonra özəl sektorda informasiya kommunikasiya texnologiyaları sahəsində çalışdım. Təbii ki, təhsil və iş həyatı fərqli tezliklər və fədakarlıqlar dövrü olsa da, bunlar həm də bir-birlərini tamamlayırlar. Təhsildə nə qədər çox zəhmət çəksən, iş həyatında o qədər uğurlu ola bilirsən.

2011-ci ildə mən yenidən ilk iş yerim olan, artıq adı dəyişərək İqtisadiyyat və Sənaye Nazirliyində innovasiyalar üzrə nazir müşaviri təyin olundum. Və dövlət qulluğunda 4 il çalışarkan əvəzedilməz təcrübə əldə etmək imkanım oldu. Ümumiyyətlə, özəl və dövlət sektorunda çalışmaq hər bir kəsə rəqabət və bürokratik prosseslər kimi əvəzedilməz təcrübə qazandırır.

2015-ci ildə Yeni Azərbaycan Partiyasının namizədi kimi Milli Məclisə deputat seçilməklə fəaliyyətimi tamamilə yeni bir istiqamətdə davam etdirirəm. Millət vəkili olmaq böyük şərəf, həm də məsuliyyətdir. 10 minlərlə insanın qayğıları ilə tanış olmaq, onların həllinə çalışmaq, bunun üçün qanunvericilik fəaliyyəti göstərmək, ölkənin inkişafı üçün hüquqi əsaslar yaratmaq, ölkəni beynəlxalq aləmdə təmsil etmək – bütün bunlar Milli Məclis deputatlarının əsas vəzifələrindəndir. İqtisadi siyasət, sahibkarlıq fəaliyyəti və sənaye komitəsinin üzvü olmaqla, həm də Milli Məclisin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü kimi həm iqtisadi qanunvericiliklə, həm də parlament diplomatiyasının incəlikləri ilə tanış olmaq və bu istiqamətdə fəaliyyət göstərmək kifayət qədər maraqlıdır.

Mən hər bir insanın həyatda bir missiyasının olduğuna inanıram. Mənim üçün uğurlu olmaq faydalı və yaradıcı olmaqdır. Düşünürəm ki, uğurlu karyera harda işləməyindən asılı olmayaraq, işlədiyin yerdə əlavə dəyər yaratmaq, xidmət etdiyin ölkəyə fayda vermək və insanların həyatlarını asanlaşdırmaqdır. Hesab edirəm ki, millət vəkili olmaq bütün bu sadaladıqlarımın hamısını həyata keçirməyə imkan verir.

UNEC-də aldığım təhsil və müəllimlərimin fədakarlığı karyeramın bütün mərhələlərində həlledici rol oynayıb. Mənim 1994-cü ildən etibarən xarici universitetlərdə təhsil almaq imkanım olub, ancaq 2003-cü ilə qədər təhsilin bütün pillələrini Azərbaycanda keçmək qərarı verdim. Daha sonra xaricdə təhsil almışam. Universitet yalnız təhsil vermir, həm də tələbələrə uğur əldə etmək üçün fədakar olmağı və elmlə “silahlanmağı” öyrədir. Kimsə bunu bacarır, kimsə yox. Ancaq öyrənmədən, təhsil almadan uğur formulu tapmağın ehtimalı düşünürəm ki, kifayət qədər azdır.

Universitetdə müəllimlərimiz həqiqətən də bizim daha yaxşı təhsil almağımıza çalışır, “əllərindən gələni” edirdilər. Mənsur Bərxudarov, Ümidvar Əliyev, Əvəz Bayramov və digər müəllimlərimizin mühazirələrini həvəslə dinləyirdik. Müəllimlərimizin bizə ən çox öyrətdikləri məsuliyyətli və intizamlı olmaq idi. Düşünürəm ki, bilik qədər bu xüsusiyyətlərə də sahib olmaq sonrakı iş fəaliyyətində həlledici rol oynayır. Müəyyən neqativ hallar yaşadığımız anlar da olurdu. Amma zaman keçdikcə pozitiv anlar neqativ anları yaddaşlardan silir.

UNEC bu gün əvvəllər heç vaxt yaşamadığı bir dəyişikliyi yaşayır. Universitetdə geniş və sürətli islahatlar aparılır. Bu bizi çox sevindirir. Çünki UNEC sürətli islahatlar aparılan və inkişaf edən Azərbaycan iqtisadiyyatını lazımi kadrlarla təmin edən əsas mənbədir. UNEC-in inkişafı yalnız təhsil üçün deyil, hər bir azərbaycanlı ailəsinin həyat səviyyəsinin daha da yaxşılaşması və dövlətin iqtisadi gücünün daha da artması üçün önəmlidir. Son zamanlar müəllim və tələbələrdə öyrətmək və oxumaq həvəslərinin yeni metodlarla müşayiət olunması, universitetin reytinqinin hər il artması bizi də bir məzun kimi çox sevindirir.

Bu gün UNEC-də tələbələr üçün yaradılan şərait bizim oxuduğumuz dövrdə yox idi. İndi tələbələrin yaxşı mütəxəssis kimi yetişməsi üçün bütün şərait var. Əsas olan tələbələrdə arzu, ideya və məsuliyyətin olmasıdır. Universitetdə keçən bu 4 il bir daha geri qayıtmır. Universitetdən sonra bir daha heç bir zaman öyrənmək üçün bu qədər zaman olmayacaq. Tələbələrə bu zamanı daha yaxşı dəyərləndirərək, daim yeniliklərlə tanış olmaq, böyük və çox böyük arzulara sahib olmaq və bunun üçün özlərində çətinliklərə qatlaşmaq xüsusiyyətlərinə sahib olmağı təlqin etmələrini arzu edərdim.

Sentyabr ayının məzunu  –  Aydın Quliyev: “Dünyada 100 nəfərdən biri olacağımı planlaşdırmırdım”
Oktyabr ayının məzunu –  Həsən Quliyev: “Universitetin qazandırdığı vizyon karyeramda uğurlara yol açdı”
Noyabr ayının məzunu  – Anar Bayramov: “Son illərdə UNEC-in nüfuzu, marka dəyəri əhəmiyyətli dərəcədə artıb”
Dekabr ayının məzunu  – Rza Sadiq: “UNEC Azərbaycan təhsilində əvəzsiz rol oynayır”
Yanvar ayının məzunu – Adı “Dünyanın Ən Nüfuzlu 500 Müsəlmanı” siyahısına daxil edilən məzunumuz 

6699 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser