İnkluziv təhsil

İnkluziv təhsil — ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün gənclərin müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi. Bu, sağlamlıq imkanları məhdud gənclərin təhsilə cəlb olunmasını da təmin edir.

İnkluziv təhsil gənclərin müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib. İnkluziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır.

İnkluziv təhsil istər sağlam, istərsə də əlilliyi olan gənclərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlilliyi olan gəclərin təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur.

Azərbaycanda “İnkluziv təhsil layihəsi”nin icrasına 2005-ci ildən start verilmişdir. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) insanların təhsili”nin təşkili üzrə inkişaf proqramı təsdiq edilmişdir.

http://www.e-qanun.az/framework/4353 

http://www.unicef.org/azerbaijan/Final_Edu_CWD_Report_AZE.pdf 

http://www.tehsilproblemleri.com/?p=5029 

http://www.icevi-europe.org/topics/baku2011articles.pdf

5856 4
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser