İqtisadiyyat fakültəsində fənn olimpiadası keçirilib

14 NOYABR 2016 | OXUNUB:
1110

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə I kurs tələbələrinin fənn olimpiadası keçirilib. Olimpiadada I kollokviumda “İqtisadiyyata giriş”, “Xətti cəbr və riyazi analiz”, “Xarici dil” (rus və ingilis dili) fənnlərindən 7-10 arası bal alan tələbələr iştirak hüququ qazanıb.

Fənn olimpiadasının keçirilməsində məqsəd tələbə biliyini yoxlamaq, keyfiyyət və mənimsəmə göstəricilərini yüksəltmək, onlarda motivasiya yaratmaq və rəqabətlilik qabilliyyətini formalaşdırmaqdır.

Hər bir fənn üçün ayrıca təşkil olunan olimpiadada sualların cavabını munsiflər heyəti qiymətləndirəcək. Nəticələr TEC-in elmi konfransında elan olunacaq. Olimpiada iştirakçılarına “iştirakçı sertifikatı”, qaliblərə isə diplom təqdim ediləcək.  

1111 1