“İslamda tolerantlıq”

23 NOYABR 2017 | VIEWS:
3283

UNEC-də “İslam Həmrəyliyi İli” çərçivəsində silsilə tədbirlər davam edir.

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planından irəli gələn vəzifələri təmin etmək məqsədi ilə təşkil edilən növbəti seminarı Əmtəəşünaslıq fakültəsində keçirilib.

Fakültə dekanı Tofiq Osmanov 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi ilə bağlı fakültədə keçirilən silsilə tədbirlərin tələbələrin islami dəyərlər, Azərbaycanın multikultural ənənələri haqqında maairfləndirilməsinə  xidmət etdyini bildirib.

Seminarda “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi Rəsmiyyə Məmmədova “İslamda tolerantlıq” mövzusunda məruzə ilə çıxış edib. Tolerantlığın müxtəlif dünya mədəniyyətlərinə, mövcud din və irqlərə hörmət edilməsini, onların qəbul olunmasını və düzgün anlaşılmasını ifadə etdiyini bildirən məruzəçi toleratnlığın xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biri olduğunu vurğulayıb. Azərbaycanda multikultural dəyərlərə və tolerantlıq ənənələrinə həmişə önəm verildiyini bildirən R.Məmmədova bu ənənələrin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini  diqqətə çatdırıb.

Seminarın sonunda mövzu ilə bağlı sualar cavablandırılıb.

3284 1