1942-ci il aprel ayının 29-da Bərdə rayonunun Mehdixanlı kəndində anadan olmuşdur.
1959-cu ildə Bərdə rayon Mehdixanlı kənd orta məktəbini bitirmişdir.
1961-ci ildə S.M.Kirov adına ADU-nun (indiki BDU) kimya fakültəsinə daxil olmuş, 1967-ci ildə həmin fakültəni bitirərək kimyaçı ixtisasına yiyələnmişdir.
İlk əmək fəaliyyətinə orta məktəbi bitirdikdən sonra Yevlax tütün fermentasiya zavodunda qapançı vəzifəsində başlayıb. Sonrakı əmək fəaliyyətini Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri elmi-tədqiqat Institutunda davam etdirib.
Müxtəlif illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Kimya” kafedrasında müxtəlif vəzifələrdə işləyib və müəllim vəzifəsinə keçib.
1972-ci ildə istehsalatdan ayrılmamaq şərtilə Azərbayacan SSR E.A.Qeyri-üzvi və fiziki kimya elmi-tədqiqat institutunun aspiranturasına daxil olmuşdur.
1978-ci ildə dissertasiya işiini müdafiə edərək, kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.
90 elmi məqalənin, metodik göstərişin və dərs vəsaitinin müəllifidir.
*
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Fizika və kimya” kafedrasının dosentidir.
2017-ci ilin mayında UNEC-in Fəxri professoru adına layiq görülüb.
UNEC-in yay imtahan sessiyasında tətbiq ediləcək yeniliklər açıqlanıb (30.05.2017)