aliyev_fikret_fotok.e.n., dos. Əliyev Fikrət Hüseyn oğlu

1942-ci il aprel ayının 29-da Bərdə rayonunun Mehdixanlı kəndində anadan olmuşdur.

1959-cu ildə Bərdə rayon Mehdixanlı kənd orta məktəbini bitirmişdir.

1961-ci ildə S.M.Kirov adına ADU-nun (indiki BDU) kimya fakültəsinə daxil olmuş, 1967-ci ildə həmin fakültəni bitirərək kimyaçı ixtisasına yiyələnmişdir.

İlk əmək fəaliyyətinə orta məktəbi bitirdikdən sonra Yevlax tütün fermentasiya zavodunda qapançı vəzifəsində başlayıb. Sonrakı əmək fəaliyyətini Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri elmi-tədqiqat Institutunda davam etdirib.

Müxtəlif illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Kimya” kafedrasında müxtəlif vəzifələrdə işləyib və müəllim vəzifəsinə keçib.

1972-ci ildə istehsalatdan ayrılmamaq şərtilə Azərbayacan SSR E.A.Qeyri-üzvi və fiziki kimya elmi-tədqiqat institutunun aspiranturasına daxil olmuşdur.

1978-ci ildə dissertasiya işiini müdafiə edərək, kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.

90 elmi məqalənin, metodik göstərişin və dərs vəsaitinin müəllifidir.

 

*

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Fizika və kimya” kafedrasının dosentidir.

2017-ci ilin mayında UNEC-in Fəxri professoru adına layiq görülüb.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

DSC_8133

UNEC-in yay imtahan sessiyasında tətbiq ediləcək yeniliklər açıqlanıb (30.05.2017)