Kafedrada keçirilmiş tədbirlər

*

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin nümayəndəsi ADİU-da olub

Fevralın 20-də Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Banklar və bank işi menecmenti kafedrasının dosenti Azər Səfərov və Qazaxıstan İnvestisiya Fondunun icraçı direktoru Emil Qasımov Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Bank işi kafedrasının professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib.

Görüşdə çıxış edən A.Səfərov Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin bank işi kafedrasının tədris prosesi barədə iştirakşılara geniş məlumat verib. Qonaq bildirib ki, gələcəkdə universitetlər arasında tələbə və müəllim mübadiləsi, akademik əməkdaşlıq, təcrübə və informasiya mübadiləsi, konfransların, seminarların keçirilməsi nəzərdə tutulub. Həmçinin, beynəlxalq proqramlar çərçivəsində birgə elmi tədqiqatların aparılması, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri də müzakirə olunub.

Sonra Qazaxıstan İnvestisiya Fondunun icraçı direktoru Emil Qasımov İslam bankçılığı mövzusunda iştirakçılara ətraflı məlumat verib.

Sonda iştirakçıları  maraqlandıran suallar cavablandırılıb.

Ətraflı (Foto-şəkillər)

ADİU ilə QKDK arasında anlaşma memorandumu imzalanıb

Yanvarın 28-də Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumu imzalanıb.

Sənədi ADİU-nun rektoru Ədalət Muradov və QKDK-nin sədri Rüfət Aslanlı imzalayıblar.

Tərəflər arasında bağlanmış müqavilənin prioritet məqsədi ali təhsil müəssisəsində qiymətli kağızlar bazarı, onun məhsul və xidmətləri barədə maarifləndirilmə işinin təşkili və tədrisinə dəstək verilməsi, o cümlədən yüksək ixtisaslı kadrların hazırlanmasında əməkdaşlıq etməkdir. Anlaşma çərçivəsində müştərək layihələrin planlaşdırılması və icrası, kapital bazarları üzrə birgə elmi tədqiqatların aparılması, qarşılıqlı kadr mübadiləsi, istehsalat təcrübəsi, elmi-praktik konfrans və seminarların təşkili də mümkün olacaq.

ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, maliyyə sisteminin mühüm sahəsi olan qiymətli kağızlar bazarı hökümətin hər zaman diqqət mərkəzində olub və bu sahədə mütərəqqi tədbirlər həyata keçirilib. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı qəbul edilib. O, Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətini, ali təhsil ocaqları ilə sıx əməkdaşlığını yüksək qiymətləndirib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı çıxışı zamanı bildirib ki, təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi tələbələrin maliyyə biliklərinin artırılmasına, zəngin iqtisadi savada malik kadr kimi formalaşmasına töhfə verəcək. Komitənin nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi tələbələrin əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişməsində müxtəlif növ təlim proqramları təşkil edəcək. Sədr təklif edib ki, ictimaiyyətdə qiymətli kağızlar bazarı üzrə biliklərinin təbliğatının artırılması üçün tələbələr “Kapital bazarının səfirləri” kimi fəaliyyət göstərsinlər. Razılaşma çərçivəsində tələbələrin praktik biliklərə sahib olması üçün ali təhsil müəssisəsində birja laboratoriyası da yaradılacaq.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ətraflı (Foto-şəkillər)

Sığorta Fondunun nümayəndəsi ADİU-da seminar keçib

Dekabrın 22-də Əmanətlərin Sığortalanması Fondunun təhlil və risklərin idarəedilməsi üzrə baş iqtisadçısı Elçin Niftiyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin tələbələrinə seminar keçib.

Seminarda banklara qoyulan əmanətlərin sığortalamnası haqqında tələbələrə ətraflı məlumat verilib. Bildirilib ki, sığorta fondunun yaradılmasının məqsədlərindən biri də  əmanətçilərdə banklara inamı artırmaqdan ibarətdir.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Ətraflı (Foto-şəkillər)

Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi ADİU-da mühazirə keçib.

Dekabrın 15-də Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azərbaycan Dövlət İqtisad Universitetində magistrlara mühazirə keçib.

Mühazirədə çıxış edən Bank işi kafedrasının müdiri, professor Zahid Məmmədov bildirib ki, banklardan nümayəndələr dəvət olunaraq tələbələrə mühazirələr, seminarlar keçəcəklər, həmçinin tələbələrə  banklarda təcrübə keçmək imkanı yaradılacaq.

Sonra Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Ramil Tahirov magistrlara mühazirə keçib. Sığorta Fondunun yaranmasının əhəmiyyəti, məqsədləri barədə magistrlara ətraflı məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Ətraflı (Foto-şəkillər)

“Gənc bankirlər” konfrans keçirdi

Dekabrın 4-də Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” kafedrası nəzdində fəaliyyət göstərən “Gənc bankirlər” Tələbə Elmi Dərnəyinin “Azərbaycan bank sektorunun strateji inkişafının prioritet istiqamətləri” mövzusunda tələbə elmi konfransı keçirilib.

Konfransda çıxış edən Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova bildirib ki, ADİU-da bakalavr pilləsində təhsil alan tələbələr arasında  elmi-tədqiqat işinə ilk dəfə  “Bank işi” kafedrası start verib. Tələbələrə uğurlar arzulayan prorektor vurğulayıb ki, bu, onların gələcəkdə elmi fəaliyyətləri uçun çox gərəkli bir addımdır.

Bank işi kafedrasının müdiri, professor Zahid Məmmədov çıxış edərək bildirib ki, universitetə konfransla əlaqədar bank rəhbərləri və nümayəndələri dəvət olunub. Tələbələrin elmi-tədqiqat işləri dinlənildikdən sonra onların arasından qaliblər seçilərək pul və sertifikatlarla mükafatlandırılacaqlar.

“Gənc bankirlər” Elmi dərnəyinin rəhbəri, dosent Flora Kaşıyeva tələbələrə yaratdığı şəraitə görə universitetin rəhbərliyinə öz minnətdarlığını bildirib.

Sonra tədbirə dəvət olunan qonaqlar çıxış edərək tələbələrə uğurlar arzulayıb.

Qeyd: Konfrans dekabrın 6-da davam edəcək və sonra yekun təqdimat mərasimi keçiriləcək.

Ətraflı (Foto-şəkillər)

Mərkəzi Bankın nümayəndəsi magistrlara mühazirə keçib

Dekabrın 1-də  Azərbaycan Respublikası Mərkəzi Bankı Yanında Maliyyə Monitorinq Xidmətinin baş mütəxəssisi  Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” kafedrasının magistrlarına mühazirə keçib.

Mühazirədə çıxış edən “Bank işi” kafedrasının müdiri, professor Zahid Məmmədov bildirib ki, tədrisin yeni modeli kimi, dövlət strukturları ilə universitetimiz arasında sıx əməkdaşlıq yaradılıb. ADİU-ya mütəxəssislər dəvət olunaraq tələbələrə tədris olunan mövzular üzrə  mühazirə monitorinqlər keçəcəklər.

Azərbaycan Respublikası Mərkəzi Bankı Yanında Maliyyə Monitorinq Xidmətinin baş mütəxəssisi  Zaur Hacılı magistrlara “Maliyyə monitorinqi” və “Bank fəaliyyətinin tənzimlənməsi” mövzusunda mühazirə keçib. Mühazirədə Azərbaycanda bank fəaliyyətinə nəzarət formaları, banklara daxili nəzarət və daxili auditin təşkili qaydaları haqda tələbələrə ətraflı məlumat verilib.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Ətraflı (Foto-şəkillər)

330 1