Kommersiya fakültəsində elmi seminar keçirilib

27 APREL 2016 | OXUNUB:
1096

Aprelin 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsində elmi-metodiki seminar keçirilib. Fakültənin professor–müəllim heyəti, magistr və startapçı tələbələrin iştirak etdiyi seminarda Azərbaycan tarixi kafedrasının müəllimi Leyli Həmidova “Azərbaycanın Avropa dövlətləri ilə diplomatik əlaqələrinin genişlənməsində xarici siyasi amilin rolu (XV-XVII əsrlər)” mövzusunda çıxış edib.

Məruzəçi XV-XVII-ci əsrlərdə Azərbaycan dövlətinin Avropa dövlətləri ilə iqtisadi-ticarət və siyasi əlaqələrinin xüsusiyyətlərini, onların beynəlxalq münasibətlər sisteminə qoşulması, xarici dövlətlərin ənənəvi qərb-şərq ticarətinin qarşısında güclü maneələrin yaradılması məsələsinə toxunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1097 1