Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər

06 NOYABR 2017 | VIEWS:
2467

Noyabrın 6-da UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) “Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər” mövzusunda elmi seminar keçirilib.

İAETİ-nin elmi işçisi Nazim Məmmədov təqdimatla çıxış edərək, kriptovalyutaların üstünlükləri və çatışmazlıqları haqqında geniş məlumat verib, onların növləri, iqtisadi və hüquqi mahiyyəti, hüquqi tənzimlənmə və modelləri istiqamətlərini göstərib. Bildirib ki, kriptovalyutaların hüquqi tənzimlənməsi konsepsiyasının formalaşdırılması vacib məsələlərdəndir. N.Məmmədov kriptovalyutalarla əlaqəli vergiqoyma və maliyyə bazarında innovasiyaların stimullaşdırılması məsələlərindən də bəhs edib. Mərüzəçi əlavə olaraq kriptovalyutaların tədbiqinin ölkələr arasında idxal-ixrac əməliyyatlarında istifadəsi perspektivlərinin yüksək olmasını bildirərək, ölkələrin xarici valyutaya (ABŞ dolları) olan təlabatının azalmasına səbəb ola biləcəyini də nəzərdən keçirib.

AR Mərkəzi Bankının “Ödəniş sistemləri və hesablaşmalar” departamentinin direktor müavini Vahid Qurbanov kriptovalyuta ilə bağlı araşdırmaların istiqamət və məqsədləri haqqında fikirlərini bildirib. Müzakirələr zamanı hazırkı şəraitdə kriptovalyutaların neqativ, o cümlədən spekulyativ məqsədlərlə istifadə imkanları göstərilərək hüquqi tənzimləmə məsələlərinin aktuallıq daşıdığı vurğulanıb.

Seminar müzakirələrlə davam edib.

2468 1