Maliyyə və mühasibat fakültəsinin tələbələri ilə görüş keçirilib

23 SENTYABR 2016 | VIEWS:
2830

Sentyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib.

Görüşdə birinci kursları tələbə adı qazanması münasibətilə təbrik edən fakültə dekanı Gəray Musayev onlara UNEC-də tətbiq edilən yeniliklərdən danışıb. Bildirib ki, məhz bunun nəticəsidir ki, bu il fakültəmizə qəbul olan 503 tələbənin 85 nəfəri 600-dən yüksək bal toplayıb. Keçən illə müqayisədə fakültəyə keçid balı 50 bal yüksəlib. Elektron universitet modeli barədə danışan G.Musayev tələbələrə tədrisin tamamilə elektronlaşdırıldığını bildirib: “Tələbələrin dərsə davamiyyəti, seminar balları, dərslərin adı və digər qeydlər elektron şəkildə aparılır”.

Tədris planlarının yenilənməsi, gənc müəllimlərin işə cəlb olunmasını xüsusi vurğulayan fakültə dekanı xarici dil seçiminin tələbələrin öz istəyi ilə aparıldığını da diqqətə çatdırıb. G.Musayev tələbələrin sosial həyatda daha aktv fəaliyyət göstərməsi üçün onları tələbə təşkilatları ilə tanış edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

2831 6