b/m. Məmmədov Əlövsət Suliddin oğlu

1954-cü ildə Ucar rayonunda anadan olmuşdur.

1972-ci ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti)
daxil olmuşdur.

1977-ci ildə həmin institutu bitirmişdir.

Həmin ildə təyinatla Bakı Radio zavodunda iş fəaliyyətinə başlamışdır.
1977-1982-ci illərdə həmin zavodda sazlayıcı, mühəndis vəzifələrində işləmişdir.

1982-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) işləməyə başlamışdır.

 

*

Hesablama Mərkəzində bölmə rəisi, texniki xidmət şöbəsinin müdiri, aparıcı mühəndis vəzifələrində işləmişdir.

2010-2016-cı illərdə universitetin Magistratura Mərkəzində böyük inspektor vəzifəsində çalışmışdır.

2016-cı ilin fevralında “İnformatika” kafedrasına müəllim vəzifəsinə keçib.

2017-ci ildən UNEC-in “İnformatika” kafedrasının baş müəllimidir.

DSC_0353IMG_5522IMG_5524