İctimaiyyətlə Əlaqələr şöbəsi

Marketing və Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr şöbəsi ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir. İnformasiyanın verilmə formalarının standartlara uyğunlaşdırılması məqsədilə mətbuat konfransları, brifinqlər, qəbulların təşkili, yerli və xarici medianın universitetin fəaliyyəti barədə dərc etdiyi və ya yaydığı informasiyalar barədə universitetin əməkdaşlarını məlumatlandırmaq şöbənin fəaliyyətinə daxildir.

Şöbə rektorluğun və digər strukturların planlaşdırdığı iclas, konfrans və simpoziumları təşkili, mətbuatin fəaliyyətinin monitorinqinin aparılması, universitetin fəaliyyəti ilə bağlı ictimaiyyətin suallarını cavablandırılması ilə məşğul olur. Mədəni tədbirlərin təşkili, universitetin tanıtımının və nüfuzunun artırılması istiqamətində aparılan silsilə işlər də bölmənin səlahiyyətinə daxildir.

Şöbə abituriyentlərə, şagirdlərə universitet və onun strukturları haqqında məlumatları çatdırmaq məqsədilə sərgilərdə iştirak edir, lisey, hazırlıq kurslarında görüşlər keçirir və ziyarət proqramları təşkil edir. Universitetin tədbirləri ilə bağlı ictimaiyyəti və əməkdaşları  məlumatlandırmaq məqsədilə bülletenlər, xəbərlərin elanlarını hazırlayır. Universitetin tanıdılmasında istifadə edilən kataloq, broşura və tanıtma CD-lərini hazırlayır, ölkə xaricindən universitetlə bağlı məlumat əldə etmək istəyən şəxslərə məsləhətçilik xidməti göstərir və ziyarət məqsədi ilə gələn qonaqları universitetlə tanış edir.

Universitetin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə universitetdə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir, press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlayır. İctimaiyyətlə əlaqələr sahəsində normativ aktların və təşkilati sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak edir. Universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavab hazırlamaq və təhrif  hallarının aradan qaldırlması üçün tədbirlər görmək də şöbənin fəaliyyətinə daxildir. Eyni zamanda şöbə universitet tədbirlərində KİV nümayəndələrinin iştirakını təşkil edir, universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqinin aparılmasını və bu barədə rəhbərliyə məlumat verilməsini təmin edir.

Şöbə jurnalların, reklamların, plakatların, informasiya vərəqələrinin, sorğu kitablarının nəşri və müxtəlif multimedia vasitələrinin hazırlanmasını, universitetin fəaliyyətinə dair kağız, video və foto materialların arxivinin yığılmasını, universitetin mətbu orqanların kağız və elektron nəşrlərinə abunə yazılmasını təşkil edir. Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasında iştirak edir. Şöbə universitetdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə universiteti təmsil edir, onların işində iştirak edir.

Qaynar xətt

Şöbənin müdiri Vüsalə Həsən qızı MəmmədovaVusala

Vüsalə Məmmədova 2007-ci ildən PR sahəsində çalışır.

2009-cu ildən mətbuatdadır. Bədii-publisistik yazı və layihələrin müəllifidir. Bir çox yazıları Türkiyədə dərc olunan ədəbiyyat toplularında çap edilib.

2014-cü ildə Kulis.Az mədəniyyət dərgisinin keçirdiyi “Ən qısa hekayə” müsabiqəsinin qalibi olub.

Lent.az saytında yayımlanan “Əsir düşərgəsi” və “İnternat dramı” layihələrinin müəllifidir. 2015-ci ildə “Əsir düşərgəsi” hekayələri əsasında hazırlanan “Cəhənnəmdə böyük çığırtı” kitabı işıq üzü görüb. Hekayələr əsasında İtaliyanın Milan şəhərinin “Teatro Filodrammatici” teatrında “Xocalıda qırmızı mələk” tamaşası səhnəyə qoyulub.

2015-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi “Həsən bəy Zərdabi” mükafatına layiq görülüb.

2015-ci ildə Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətinə görə Gənclər üçün Təhsil Mərkəzi, “Kaspi“ qəzeti  və “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının təqdim etdiyi “Təhsil Açarı” mükafatına layiq görülüb.

51219DSC_6114

Abituriyentlər UNEC-i seçir (21.04.2017)
UNEC-in əcnəbi tələbələri “Güllələnmiş heykəllər” abidəsi qarşısında (18.04.2017)
UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində (31.03.2017)
UNEC tələbələri uğura aparan yolda – “şəxsi PR”ı necə qurmalı? (18.04.2017)
“Bircə ona pis oldum ki, döyüş indi başlayır, mən isə ölürəm…” – Aprel döyüşlərinin iştirakçısı (13.04.2017)
uniRank dünya universitetlərinin reytinqi: UNEC 1-cidir (03.04.2017)