Müasir universitet modeli – Etibar Əliyev UNEC-in uğurundan yazdı

18 MART 2020 | OXUNUB:
37

“Universitetin fəlsəfəsini bilən rektor olmalıdır”.

AzEdu.az xəbər verir ki, bu sözləri millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev şəxsi facebook səhifəsində yazıb.

O, UNEC-də distant təhsilin faydalarından söz açıb:

“Ali məktəb keyfiyyətli təhsil verməli, tədqiqat universitetinə çevrilməyi qarşıya məqsəd qoymalı, professor – müəllim heyəti və yüksək nəticə göstərən tələbələri ilə seçilməli, sanballı kitabxana fonduna malik olmalıdır və s. Bütün bunları etmək üçün həm də universitetin fəlsəfəsini bilən rektor olmalıdır.

İndi təsəvvür edin, koronavirusla bağlı bütün təhsil müəssisələrində dərslər dayandırılıb. Yalnız birindən başqa. Bu UNEC-dir. UNEC artıq 2016-cı ildən distant təhsil modelini işləyib. Buna ayrıca korpus ayırıb. Elektron kitabxana yaradılıb, yüzlərlə müəllim elektron resurs hazırlayıb, təlimlərdən keçirilib. Tələbələrə distant təhsilə qoşulmağın yolları öyrədilib.

Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvləri kimi UNEC-də Distant təhsillə tanış olduq. Özümü dünayanın aparıcı universitetlərinin birində hiss etdim. UNEC rəhbərliyi bu nadir təcrübəyə təhsilin keyfiyyətini yaxşılaşdırmaqla, şəffaflığı təmin etməklə, istedadlı insanları təhsilə və elmə cəlb etməklə, üfüqi idarəetməni gücləndirməklə gəlib çatıb. Təcrübə bölüşülməlidir. UNEC bununla həm də yeni rəqabət mühiti yaratdı”.

Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar bir sıra universitetlər distant təhsilə keçib.

http://news.unec.edu.az/xeber/104-unec-kiv-de/6238-muasir-universitet-modeli-etibar-eliyev-unec-in-ugurundan-yazdi

38 1