ekon_gulnara_fotoBabayeva Gülnarə Ağamusa qızı

18 may 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1969-cu ildə Bakı şəhəri 132 saylı məktəbə daxil olmuş və 1979-cu ildə həmin məktəbi bitirmişdir.

1979-1981-ci illərdə Bakı ticarət texnikumunda təhsil almışdır.

1983-cü ildən D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda “Ümumi iqtisad” fakultəsinin dekanlığında fəaliyyətə başlamışdır.

1984-cü ildə həmin instituta  daxil olmuş və 1989-cu ildə oranı bitirmişdir.

2001-ci ildən “İqtisadi kibernetika”, “Ekonometrika” kafedralarında müəllim vəzifəsində çalışıb.

Hazırda UNEC-in “Riyaziyyat və statistika” kafedrasının müəllimidir.

Bir neçə elmi məqaləsi çapdan çıxmışdır.

Ailəlidir.