menec_sabina_fotoEldarova Səbinə Hüseyn qızı

1990-2000 –  Bakı şəhəri,  153 saylı orta məktəbdə oxumuşdur,

2000-2004 – Azərbaycan Dövlət Neft Akademiyasında “Mühəndis iqtisadiyyatı, beynəlxalq əlaqələr və menecment” fakultəsinin “Neft emalı və neft kimya sənayesinin marketinqi” ixtisası üzrə ali təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.

2004-2006 –  “Odlar Yurdu” Universitetinin MBA proqramı üzrə “Ümumi menec-ment” ixtisası üzrə magistratura bölməsində təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.

2011 – Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun dissertantıdır.

 

*
Əmək fəaliyyəti:

2005 – 2007 – Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adına  Neft-Kimya  Prosesləri  İnstitutunda  iqtisadçı işləyib.

2007 – 2013 – UNEC  MBA proqramı üzrə Magistraturanın müəllimi;
2013 – cü ildən İqtisad Universitetinin “Menecment” kafedrasının müəllimi vəzifələrində  çalışır.

15-dən artıq elmi məqalələrin və tezislərin müəllifidir.

Ailəlidir, iki övladı var