ELNUR HuseynzadeHüseynzadə Elnur Məqsəd oğlu

22 iyul 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1995-2006-cı illərdə Bakı şəhəri, Nizami rayonu 12 №-li məktəbdə orta təhsil, 2006-2010-cu illərdə Azərbaycan Texniki Universitetinin Texnoloji maşınlar fakültəsində bakalavr təhsili almışdır.

2010-2011-ci illərdə hərbi xidmətdə olmuşdur. 2011-2013-cü illərdə Azərbaycan Texniki Universitetində magistr ali təhsili almışdır. 2014-2017-ci illərdə 3313.02 kodlu “Maşınlar, avadanlıqlar və proseslər” proqramında texnika üzrə fəlsəfə doktoru təhsili almışdır.

*

2013-2017-ci illərdə Azərbaycan Texniki Universitetinin “Maşın və mexanizmlər nəzəriyyəsi” kafedrasında böyük laborant və 2015-2017-ci illərdə “Robot və manipulyatorlar” ETL-sında böyük elmi işçi işləmişdir.

28 sentyabr 2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun №740/3/2017 saylı əmri ilə “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir.

Elmi-pedaqoji fəaliyyətini əks etdirən 1 dərs vəsaitinin və 7 dərc olunmuş elmi məqalənin müəllifidir.

2008-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir qızı var.

Elmi əsərlərin siyahısı