mba555

UNEC BİZNES MƏKTƏBİ 

PROQRAM: BİZNESİN İDARƏ EDİLMƏSİ (MBA) 

İXTİSASLAŞMA: MÜHASİBAT UÇOTU

 

İxtisaslaşmanın məqsədi:

Mühasibat uçotu ixtisaslaşması mühasibat uçotunun beynəlxalq standartları (International Accounting Standarts), maliyyə hesabatlarının beynəlxalq standartları (International Financial Reporting Stan­dar­ds) səviyyəsində maliyyə hesabatlarının elementlərinin təhlili, ta­nı­nması, qiymət­lən­di­ril­məsi, tək­­rar qiymətləndirilməsi və ləğv olunması metodlarını öyrə­dir. Bu ixtisas, həmçinin Amerika Mü­ha­­­siblər İnstitutu (American Institute of Certified Public Accountants)  və Beynəl­xalq Mühasibat Stan­dart­­ları Şurası (İnternational Accounting Standards Board) tərəfindən qə­bul edilmiş mühasibat standartlarının qlobal audit metodo­lo­gi­ya­sına uyğun olaraq yoxlanıl­ma­sını  tədris edir və gələcəyin peşəkar menecerlərini ha­zır­layır.

 

MBA proqramının müddəti və ünvanı:

Mühasibat uçotu ixtisaslaşmasıüzrə təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə60 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­­rə24 kredit və buraxılış layihəsi üzrə 12 kredit ol­maq­la, cəmi 96  kreditlə tamam­lanır.

Bu ixtisas üzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə30 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­rə12 kredit və buraxılış layihəsi üzrə 6 kredit ol­maq­la, cəmi 48 kreditlə tamam­lanır.

Dərslər payız, yaz və yay semestrlərində həftədə iki dəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: [email protected], tel/fax +99412 4976267

 

MBA proqramına qəbul şərtləri:

Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr də­rə­cəsi almış namizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtaha­nın­dan uğurla keç­mək­lə MBA proqramına qəbul olunurlar.

 

MBA proqramında tədris metodlarının üstünlükləri:

Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yük­səl­dilməsinə, sis­temli bi­lik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq sə­viy­yəsinin da­vam­lı olaraq artırılmasınıa müasir biznes informa­si­ya­sı­nın araşdırılmasına, ana­litik dü­şün­mə və qə­rar­vermə qabiliyyətinın inkişafına, biznes eti­ka­sı, təqdimat qabiliyyəti, vax­­tın ida­rə­edil­məsi və sa­hib­­­­karlıq məntiqinin for­ma­laşdırılmasına şərait yaradır. Proqram ma­gistrant­ları cə­miyyət, müəs­­sisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlu­mat­larla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) mü­­za­kirə edi­lir, rol oynama, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və la­yi­­hə ça­lış­maları həyata keçirilir və bu zaman müasir tədris me­tod və texnologiyalarından istifadə edilir. Proqram ict­i­mai əhəmiyyətli qeyri-hökumət, qeyri-döv­lət və kommersiya yönüm­lü təş­­ki­lat­larda struk­tur və fəaliyyət sahəsinə təsir edəcək dəyişik­lik­lərin çevik ida­rə­edil­mə­si, qanun­­ve­ri­­cilikdə və biznes mühitində yeni meyillərin öncədən (proaktiv) araşdırıl­ma­sı vər­diş­lərini aşı­layır. Magistrantın fənni mənimsəməsi həf­tə­­lik və yarım semestrlik testlər (quiz), dərs­də iştirak səviy­yə­si, ev tap­şı­rıq­ları və kumulativ (semestr imtahanı) imta­han əsasında (test və yazılı forma­da açıq sual­lar­dan ibarət olmaqla) qiymətlən­dir­ilir.

MBA proqramında tədris kadrları:

Proqram UNEC-in müəl­limləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyə­ti, ölkə­də fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşə­kar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş profes­sor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.

 

Diplom:

Təhsilini tamamlamış magis­tr­ öz ixtisası üzrə magistr elmi-ixtisas də­rəcəsi və diplomu ilə təltif olu­nur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.

 

Mühasibat uçotu ixtisası üzrə keçirilən fənlər:

 

Birinci semestr:

SMO 652                    Liderlik və təşkilati davranış

MGTSC 501               Biznes statistikası

ECON 503                 Menecment iqtisadiyyatı

ACCTG 503             Maliyyə uçotu(F3)

 

İkinci semestr:

SMO 502                    Strategiya, təşkilat və innovasiya

FIN 502                      Korporativ maliyyə

MARK 502                Marketinq strategiyası

ACCTG 502             İdarəetmə uçotu(F2)

 

Üçüncü semestr:

ACCTG 645             Performansın idarəedilməsi (F5)

BLAW 642                Biznes hüququ (F4)

 

Dördüncü semestr – 4 seçmə fənn – məcburi – ACCA tələbi

ACCTG 611               Maliyyə hesabatı və nəzarəti (F7)

ACCTG 610               Audit (qlobal audit metodologiyası) (F8)

ACCTG 605               Vergi və vergiqoyma (F6)

ACCTG 646               Maliyyə menecmenti (F9)

ACCTG  621              Mühasibat və  nəzarət

ACCTG 613               Qiymətli kağızların təhlili və qiymətləndirilməsi

ACCTG 631               Kapital bazarlarında maliyyə hesabatı

SMO 635                    İdeya və innovasiyaların layihələndirilməsi

SMO 601                    Rəqabətədavamlı təşkilatların layihələndirilməsi

ACCTG 617               Müəssisənin maliyyə hesabatlarının qiymətləndirilməsi

ACCTG 651               Müstəqil audit  rəyləri və onlarınformaları

ACCTG 662               Audit müqaviləsi, riskin dəyərləndirilməsi və audit dəlilləri

ACCTG 644               Auditorun peşəkar məsuliyyəti, audit sənədləşməsi və informasiya texologiyalarının onlara təsiri

RES 620                     Qərarqəbuletmədə tədqiqat metodları

MIS 521                     İdarəetmənin informasiya sistemləri

HRM 602                   Beynəlxalq biznes etikası və korporativ idarəetmə

BLAW 631                 Menecmentin hüquqi aspektləri

Buraxılış layihəsi (Capstone paper) – ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə

15780 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno