mba555

UNEC BİZNES MƏKTƏBİ 

PROQRAM:BİZNESİN İDARƏ EDİLMƏSİ (MBA) 

İXTİSASLAŞMA:MÜHƏNDİSLİK VƏ İDARƏETMƏ RİSKLƏRİ

İxtisaslaşmanın məqsədi:

Mühəndislik və idarəetməriskləri üzrə MBA proqramı risk problemlərinin modelləşdirilməsi, təhlil və tətbiq edilməsi üzrə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, o cümlədən, mühəndislik elminin geniş anlamda dərk edilməsi üçün lazımi bacariqları əldə etməyi planlaşdıran məzunlar və gənc peşəkarlar üçün təşkil edilmişdir. Magistrantlar aparıcı müəllim heyəti və universitet mühitindən faydalanacaqlar. Mühazirə aparan müəllimlər praktiki və nəzəri bazaya malikdirlər. Fənlər magistrantların nəzəriyyəni tezliklə mənimsəməsi və aşılanmış yeni bacarıqları tətbiq etməsi üçün tədris edilir və planlaşdırılmışdır. Proqram praktiki məsələlərin həll edilməsi üçün magistrantların metodoloji biliyinin ötürülməsinə imkan yaradır. İdarəetmə və texniki bacarıqlara malik risk peşəkarlarına olan tələbatdan irəli gələrək risk və mühəndisliyin idarəedilməsi ixtisaslaşmasının karyera imkanları genişdir. Proqramı başa vurduqdan sonra magistrantlar risk meneceri, mühəndis, mühəndis-texnoloq, inspector, layihə meneceri və qanunverici vəzifələrdə çalışa bilər. 

MBA proqramının müddəti və ünvanı:

Mühəndislik və idarəetməriskləri üzrə MBA proqramı təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində10ümumi fənn üzrə 60 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­­rə 24 kredit və buraxılış layihəsi üzrə 12 kredit ol­maq­la, cəmi 96  kreditlə tamam­lanır.

Bu ixtisas üzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə30 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­rə 12 kredit və buraxılış layihəsi üzrə 6 kredit ol­maq­la, cəmi 48 kreditlə tamam­lanır.

Dərs­lər payız, yaz və yay semestrlərində həftədə iki dəfə olmaqla, Bakı şəhəri, İstiq­laliy­yət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: [email protected],tel/fax +99412 4976267

 

MBA proqramına qəbul şərtləri:

Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr də­rə­cəsi almış nami­zəd­lər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtaha­nın­dan uğurla keç­mək­lə MBA proqramına qəbul olunurlar.

 

MBA proqramında tədris metodlarının üstünlükləri:

Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yük­səl­dilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq sə­viy­yəsinin da­vam­lı olaraq artırılmasınıa müasir biznes informa­si­ya­sı­nın araşdırılmasına, ana­litik dü­şün­mə və qə­rarvermə qabiliyyətinın inkişafına, biznes eti­ka­sı, təqdimat qabiliyyəti, vax­tın ida­rə­edil­məsi və sa­­hib­­­­kar­lıq məntiqinin for­ma­laşdırılmasına şərait yaradır. Proqram ma­gistrant­ları cə­miyyət, müəs­­sisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlu­mat­larla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) mü­­za­kirə edi­lir, rol oyna­ma, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və la­yi­­hə ça­lış­maları həyata keçirilir və bu zaman müasir tədris me­tod və texnologiyalarından istifadə edilir. Proqram ict­i­mai əhəmiyyətli qeyri-höku­mət, qeyri-dövlət və kommersiya yönüm­lü təş­­ki­lat­larda struk­tur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik ida­rə­edil­mə­si, qanun­ve­ri­­cilikdə və biznes mühitində yeni meyillərin öncədən (proaktiv) araşdırıl­ma­sı vərdişlərini aşı­layır. Magistrantın fənni mənimsəməsi həf­tə­­lik və yarım se­mestrlik testlər (quiz), dərs­də iştirak səviy­yə­si, ev tap­şı­rıq­ları və kumulativ (semestr imtahanı) imta­han əsasında (test və yazılı forma­da açıq sual­lar­dan ibarət olmaqla) qiymətlən­dir­ilir.

 

MBA proqramında tədris kadrları:

Proqram UNEC-in müəl­limləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyə­ti, ölkə­də fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşə­kar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş profes­sor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır. 

Diplom:

Təhsilini tamamlamış magis­tr­ öz ixtisası üzrə magistr elmi-ixtisas də­rəcəsi və diplomu ilə təltif olunur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir. 

Marketinq ixtisası üzrə keçirilən fənlər: 

Birinci semestr:

SMO 652                    Liderlik və təşkilati davranış

MGTSC 501               Biznes statistikası

RMI 501                     Risklərin idarəedilməsinin əsasları

ACCTG 503               Maliyyə uçotu(F3)

 

İkinci semestr:

SMO 502                    Strategiya, təşkilat və innovasiya

RQM 502                   Keyfiyyətin idarəedilməsi

ROSHA 520              Əməyin mühafizəsi

ACCTG 502               İdarəetmə  uçotu(F2)

 

Üçüncü semestr:

OM 502                      Əməliyyatlar menecmenti

BLAW 642                 Biznes hüququ(F4)

 

Dördüncü semestr – 4 seçmə fənn

RAPTI 612                 Neft-kimya və energetika sənayesində risklərin təhlili

RIPE 605        Neft-kimya və energetika sənayesində risk faktorları nəzərə alınmaqla

yoxlamanın həyata keçirilməsi

RGOV 530                 Risklərin idarəedilməsi nəzəriyyəsi və təcrübəsi

RTDM 601                 Təhlükəli maddələrin (yanğın təhlükəli) daşınması və kimyəvi məhsullar üzrə

riskin təhlil edilməsi

RPC 514                     Avadanlığın sıradan çıxma ehtimalınınhesablanmasıvə təhlili

RFEP 611                   Yanğın və partlayışdan mühafizə

RBCRI 610                Biznesin davamlılığı riskləri və sığorta

RLCA 604                 Avadanlığın fəaliyyət dövrünün təhlili və qiymətləndirilməsi

RIRM 622                  İnnovasiya risklərinin idarəedilməsi

RKPI 615                   Yeni texnologiyalar üzrə performans göstəricilərinin tətbiq edilməsi

RER 612                    Yeni risklər

RSRA 644                  Etibarlılıq və təhlükəsizliyin təhlili

SMO 610                    Biznesin transformasiyası və layihənin idarəedilməsi

RTRA 614                  Nəqletmə risklərinin qiymətləndirilməsi

HRM 602                   Beynəlxalq biznes etikası və korporativ idarəetmə

BLAW 631                Menecmentin hüquqi aspektləri

RES 620                     Qərarvermədə tədqiqat metodları

MIS 521                     İdarəetmənin informasiya sistemləri

Buraxılış layihəsi (Capstone paper)ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə

8629 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna