Konfransın Proqram Komitəsi təqdim olunan məqalələrin həm fundamental, həm də tətbiqi əhəmiyyətinə böyük önəm verir. Konfransın mövzuları mühəndislik və tətbiqi elm sahələrinin geniş spektrini, o cümlədən elektrik və elektronika mühəndisliyi, ekologiya mühəndisliyi, mexanika mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi, kompüter mühəndisliyi, bərpa olunan enerji texnologiyaları və materialşünaslığı bir tədbir çərçivəsində birləşdirmək imkanı yaradır.
Tezislər toplusu və konfrans materialları çap formatında nəşr olunacaq, onların elektron versiyası konfransın rəsmi saytında yerləşdiriləcək. 4-8 səhifəlik tam mətn materiallar konfrans başa çatdıqdan sonra rəsmi websaytda elektron versiyadaya yımlanacaqdır.
Konfransın Elm Komitəsi tərəfindən seçilmiş məqalələrin müəlliflərinə Scopusda indekslənən UNEC Journal of Engineering and Applied Sciences (www.unec-jeas.com) və Applied Solar Energy (https://link.springer.com/journal/11949) jurnallarında nəşr olunmaq üçün təkliflər (seçilmiş işlərin müəlliflərinə tam məqalələrin təqdim edilməsi üçün dəvət və təlimatlar) göndəriləcəkdir.
ICCPEAS konfransı və təqdimat qaydaları haqqında daha ətraflı məlumat üçün konfransın rəsmi saytına keçid: https://iccpeas.com/.
Konfrans hibrid formatda (ənənəvi və online) təşkil olunacaqdır. Sizin iştirakınızı və qiymətli elmi töhfələrinizi səbirsizliklə gözləyirik.
ICCPEAS 2025 Konfransının Təşkilat Komitəsi