O bildirib ki, həm THE-nin “Interdisciplinary Science Rankings 2026”, həm də QS-in “Sustainability 2026” reytinqlərində Azərbaycan universitetləri mövqelərini gücləndiriblər. Osman Gündüz UNEC-in hər iki reytinqdə ölkə üzrə 1-ci olması və qlobal miqyasda irəliləməsini xüsusi vurğulayıb.
“Dünya universitetlərinin növbəti reytinqləri açıqlanıb. Hər iki nüfuzlu reytinqdə Azərbaycan universitetləri də yer alıb.
UNEC, BDU, AzTU, ADNSU və BMU və digərləri mövqelərini gücləndiriblər.
UNEC-in həm qlobalda xeyli irəliləməsi, həm də hər iki reytinqdə ölkə üzrə 1-ci olması diqqət cəlb edəndir.
Bu reytinq sahələrarası elmin gücünü ölçür və universitetlərin çoxsahəli yanaşma, əməkdaşlıq və innovasiya qabiliyyətini qiymətləndirir.
Reytinq necə formalaşır?
THE bu reytinqdə universitetləri sahələrarası elmin inkişafına görə qiymətləndirir:
Azərbaycan bu göstərici ilə Cənubi Qafqazda reytinqə düşən yeganə ölkədir.
QS bu reytinqdə universitetləri 3 əsas istiqamət üzrə qiymətləndirir:
Ətraf mühitə təsir (45%), İctimai təsir (45%), İdarəetmə modeli (10%).
Azərbaycan universitetlərinin reytinqdə yer alması və mövqelərinin güclənməsi təqdirə layiqdir.”