Prof. Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

13 MAY 2020 | OXUNUB:
72

Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyevin UNEC Distant Ali Təhsil Beynəlxalq Forumundakı çıxışından:

“…Distant ali təhsil forumunun Azərbaycanda keçirilməsi böyük hadisədir. UNEC bu forumu keçirməklə bir ilkə imza atanlardan oldu.

Distant ali təhsilin qiymətləndirilməsində müxtəlif yanaşmalar, proqramlar mövcuddur. Distant qiymətləndirmədə əsas proqtamlardan biri Kroudmark (Crowdmark) metodudur. Croudmark sisteminin üstünlüyü nədən ibarətdir? Bu sistem daha sadə ərsəyə gələn, ekoloji cəhətdən təmiz sistemdir. Sistem tələbələrə cavablarını smartfon vasitəsilə yükləməyə imkan verir. Müəllimlər isə birbaşa müdaxilə edərək orada qeydlərini apara bilirlər və qiymətləndirmə qısa müddət ərzində tamamlanır.

Onlayn tələbə biliyininin qiymətləndirilməsinin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var. Qiymətləndirmə üçün mükəmməl sistem hələ ki, hazırlanmayıb. Lakin qiymətləndirmədə köçürmənin, əlavə vasitələrdən istifadənin qarşısının alınması və minimuma endirilməsi mümkündür. Bu, imtahanı hazırlayan professorun səriştəsindən də asılıdır. Distant seminar və mühazirələrdə bütün məsələlər nəzərə alınmalı və ekspertər tərəfindən tənzimlənməlidir.

Distant təhsil və klassik təhsil bir-biri ilə rəqabət aparmamalı, hər iki ali təhsil bir-birini tamamlamalıdır. Universitetlər arasında rəqabət bu balansı gözləməklə aparıla bilər.

Distant təhsildə “dress kod” tələbi olmalıdır.

Distant təhsildə imtahanlar yalnız distant formada aparılmalı deyil.

Bu gün tətbiq edilən distant təhsil forması həm əyani, həm də qiyabi təhsil hesab edilə bilər”

http://news.unec.edu.az/xeber/100-elm/6420-bold-prof-mesud-efendiyev-distant-tehsil-formasi-eyani-ve-giyabi-tehsil-hesab-edile-biler-bold

73 2