ask_islam_foto

“Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının  müdiri
Prof. Qarayev İslam Şamil oğlu

1940-cı ildə Qazax rayonunda anadan olub.

1961-ci ildə Azərbaycan Dövlət Universitetinin “İqtisadiyyat” fakültəsini bitirib. 1963-1966-cı illərdə Moskvada SSRİ EA-nın İqtisadiyyat İnstitutunun aspirantı olmuş və 1966-cı ildə vaxtından əvvəl həmin İnstitutda namizədlik dissertasiyasını müdafiə edib. 1983-cü ildə doktorluq dissertasiyası müdafiə edib və 1985-ci ildən professordur.

Uzun müddət Azərbaycan EA İqtisadiyyat və Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə işləyib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda “Siyasi iqtisad” kafedrasının müdiri olub. 1992-1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda birinci prorektor vəzifəsinə təyin olunmuş və yanvar 1994-cü ildən may 2000-ci ilədək həmin İnstitutun rektoru vəzifəsini icra edib.

300 çap vərəqdən yuxarı elmi əsərlərin, o cümlədən, monoqrafiyaların, dərsliklərin, dərs vəsaitlərinin və elmi məqalələrin müəllifidir. .

Hazırda ADİU-nin “Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi” kafedrasına rəhbərlik edir.

549 1