Qəbul qaydaları:

 

  1. Doktoranturaya və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən , yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
  2. Doktoranturaya və dissertanturaya qəbul haqqında ərizə universitet rektorunun adına yazılır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
  • Kadrların şəxsi qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3×4 ölçüdə)
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə 20-25 səhifəlik referat;
  • ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması haqqında Təhsil Nazirliyinin şəhadətnaməsi);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • fəlsəfə doktoru (elmlər namizədi) diplomunun surəti (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).
  1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura və bakalavr səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
  2. Hər imtahan başa çatdıqdan sonra onun nəticəsi elan olunur. Birinci imtahandan (ixtisas fənnindən) kafi qiymət alan şəxslər növbəti imtahanlara buraxılmırlar.
  3. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli doktorantuların yaradılması və doktoranturaya qəbul qaydalarına müvafiq olaraq aparılır.
  4. Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu 2015-ci il oktyabr ayının 9-dan noyabr ayının 9-dək həftənin I-V günləri saat 10.00-dan 16.00-dək aparılacaqdır.
  5. Qəbul imtahanları isə 2015-cü il noyabrın 11-dən başlanacaqdır.

 

 

Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, otaq 414, əlaqə telefonu 0124928887

1199 1