Qış məktəbinin ilk təlimləri başa çatıb

05 FEVRAL 2016 | OXUNUB:
1474

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış məktəbinin ilk  təlimləri başa çatıb.

Qış məktəbinin son günündə Paris Sorbon Universiteti Abu Dabi rektorunun müşaviri İmran Muxtarov və professoru Florent Pratlong təəssüratlarını bölüşüblər. İştirakçı müəllimlərin bundan sonra tədris zamanı daha innovativ və yaradıcı olacaqlarına ümid etdiklərini qeyd ediblər. Tələbəyönümlü tədrisin hər bir detalını diqqətdə saxlamağı tövsiyə ediblər.

UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan təlimdə universitetin 100 müəllimi iştirak edib. Müəllimlərin müasir tədris bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil edilən təlimlərdə dərslərə hazırlıq metodikası, interaktiv tədrisin təşkili, tədrisdə İKT-dən istifadə imkanları və s. kimi mövzular keçirilib.

Təlimlərin sonunda müəllimlərə iştirakçı sertifikatı verilib. A və B qrupları üzrə ən aktiv iki komandaya BƏƏ səfirliyinin hədiyyələri təqdim edilib.

1475 1