mba555

UNEC BİZNES MƏKTƏBİ 

PROQRAM: BİZNESİN İDARƏ EDİLMƏSİ (MBA) 

İXTİSASLAŞMA: QİYMƏTLİ KAĞIZLAR

 

İxtisaslaşmanın məqsədi:

Qiymətli kağızlar ixtisaslaşmasımagistrantlara müxtəlif qiymətli kağızların və sərmayə portfelinin (investment portfolio) təhlilinin aparılmasıbacarığını aşlayır. Bu ixtisası bitirən magistrantlar kom­mersiya və investisiya bankları, müəssisələr və digər maliyyə institutlarında pay alətləri (shares), bondlar, opsionlar, fyuçerslər və digər törəmə (derivative) qiymətli kağızlar da daxil olmaqla kompleks sərmayə qərarlarının qəbul edilməsi üzrə karyera qura bilərlər. Müvəffəq magistrantlar bank və müəssisələrdə maliyyə alətlərinin ticarəti (trading), müəssisələrin bir­ləş­məsi (Mergers and Acquisitions), pay alətləri əsasında ödəmə və maliyyə öhdəlikləri ilə maliyələşmə üzrə vacib qərarların qəbul edilməsi prosesinə cəlb edilə bilərlər.

 

MBA proqramının müddəti və ünvanı:

Qiymətli kağızlar ixtisaslaşması üzrə təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə60 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­­rə24 kredit və buraxılış layihəsi üzrə 12 kredit ol­maq­la, cəmi 96  kreditlə tamam­lanır.

Bu ixtisas üzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə30 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­rə12 kredit və buraxılış layihəsi üzrə 6 kredit ol­maq­la, cəmi 48 kreditlə tamam­lanır.

Dərslər payız, yaz və yay semestrlərində həftədə ikidəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: mba@asue.edu.az, tel/fax +99412 4976267

 

MBA proqramına qəbul şərtləri:

Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr də­rə­cəsi almış namizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtaha­nın­dan uğurla keç­mək­lə MBA proqramına qəbul olunurlar.

 

MBA proqramında tədris metodlarının üstünlükləri:

Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yük­səl­dilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq sə­viy­yəsinin da­vam­lı olaraq artırılmasınıa müasir biznes informa­si­ya­sı­nın araşdırılmasına, ana­litik dü­şün­mə və qərarvermə qabiliyyətinın inkişafına, biznes eti­ka­sı, təqdimat qabiliyyəti, vax­tın ida­rə­edil­məsi və sa­hib­­karlıq məntiqinin for­ma­laşdırılmasına şərait yaradır. Proqram ma­gistrant­ları cə­miyyət, müəs­­sisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlu­mat­­larla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) mü­­za­kirə edi­lir, rol oy­nama, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və la­yi­­hə ça­lış­maları həyata keçirilir və bu zaman müasir tədris me­tod və texnologiyalarından istifadə edilir. Proqram ict­i­mai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönüm­lü təş­­ki­lat­larda struk­tur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik ida­rə­edil­mə­si, qanun­ve­ri­­cilikdə və biznes mühitində yeni meyil­lərin öncədən (proaktiv) araşdırıl­ma­sı vərdişlərini aşı­layır. Magistrantın fənni mənimsəməsi həf­tə­­lik və yarım semestrlik testlər (quiz), dərs­də iştirak səviy­yə­si, ev tap­şı­rıq­ları və kumulativ (semestr imta­hanı) imta­han əsasında (test və yazılı forma­da açıq sual­lar­dan ibarət olmaqla) qiymətlən­dir­ilir.

 

MBA proqramında tədris kadrları:

Proqram UNEC-in müəl­limləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyə­ti, ölkə­də fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşə­kar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş profes­sor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.

 

Diplom:

Təhsilini tamamlamış magis­tr­ öz ixtisası üzrə magistr elmi-ixtisas də­rəcəsi və diplomu ilə təltif olu­nur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.

 

Qiymətli kağızlar ixtisası üzrə keçirilən fənlər:

 

Birinci semestr:

SMO 652                    Liderlik və təşkilati davranış

MGTSC 501               Biznes statistikası

ECON 503                 Menecment iqtisadiyyatı

ACCTG 503               Maliyyə uçotu(F3)

 

İkinci semestr:

SMO 502                    Strategiya, təşkilat və innovasiya

FIN 502                      Korporativ maliyyə

MARK 502                Marketinq strategiyası

ACCTG 502               İdarəetmə uçotu(F2)

 

Üçüncü semestr:

OM 502                      Əməliyyatlar menecmenti

BLAW 642                 Biznes hüququ(F4)

 

Dördüncü semestr –4 əsas seçmə fənn

FIN 635                      Portfel menecmenti

FIN 614                      Sərmayələr

FIN 645                      Maliyyə risklərinin idarəedilməsi

FIN 644                      Beynəlxalq maliyyə

FIN 652                      Portfel menecmentində təhlil üsulları

FIN 615                      Qiymətli kağızlarla ticarət və maliyyə bazarları

FIN 634                      Opsionlar və maliyyə derivativləri

FIN 624                      Transmilli korporativ maliyyə

FIN 618                      Qərar qəbuletmədə kəmiyyət təhlili

FIN 632                      Alternativ sərmayə qoyuluşu

FİN 637                      Bondlar, öhdəliklər və kredit bazarları

BLAW 631                Menecmentin hüquqi aspektləri

SMO 634                    Texnologiya və qlobal rəqabət

RES 620                     Qərarqəbuletmədə tədqiqat metodları

MIS 521                     İdarəetmənin informasiya sistemləri

HRM 602                   Beynəlxalq biznes etikası və korporativ idarəetmə

Buraxılış layihəsi (Capstone paper)ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə

5737 3
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser