UNEC-də qloballaşmanın milli mədəniyyətə təsiri mövzusunda seminar keçirilib

30 DEKABR 2015 | OXUNUB:
1150

Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində  “Qloballaşmanın milli mədəniyyətə təsiri” mövzusunda elmi-metodoloji seminar keçirilib.

Tədbirdə məruzə ilə çıxış edən “Beynəlxalq münasibətlər” kafedrasının əməkdaşı Afaq Zeynallı qloballaşmanın çox mürəkkəb və birmənalı proses olmadığını və bunun sırf milli mədəniyyətlərə təsirinə aid çıxış edəcəyini bildirib. Dünyanın bir sıra ölkələrinin nümunəsində qloballaşmanın mədəni imperializminin təzyiqini və bununla mübarizə aparmaq imkanlarını göstərib.

Qloballaşmanın mahiyyəti, milli mədəniyyətləri təhlükəsinə dair növbəti diskussiya fakültə dekanı Mənsur Barxudarovun yekun mülahizəsi ilə tamamlanıb.

1151 1