“Radio UNEC”-də daha bir layihəyə start verilib

23 OKTYABR 2015 | OXUNUB:
773

radio111“Radio UNEC”-də yeni layihəyə start verilib. Hər həftənin cümə axşamı, saat 21:00-da efirə gedəcək “UNEClub” verilişinə gənclər sektorunda çalışan fəallar, QHT nümayəndələri, UNEC-in uğurlu tələbələri və tanınmışlar dəvət olunacaq.

Üç bölümdən ibarət olan verilişdə qonaqlar məktəb və universitet həyatlarından danışacaq, gələcək planlarını açıqlayacaqlar.

“Radio UNEC”-də veriliş hazırlamaq istəyən tələbələr radiounec@gmail.com ünvanına yaza, yaxud 505 57 82, 497 58 63 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

774 1