3t.ü.f.d., dos. Cəfərova Diana Hidayət qızı

30 avqust 1972- ci ildə Bakı şəhərində anadan olub.

1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı orta məktəbdə təhsil alıb.

1989-1995-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.

1990-1994-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi tarix” kafedrasında laborant işləyib.

1994-1998-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Humanitar fənlər” kafedrasında baş laborant işləyib.

1998-2000-ci illərdə 189 saylı orta məktəbdə tarix müəllimi işləyib.

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin texniki və texnoloji ixtisaslar üzrə “Humanitar fənlər” kafedrasında müəllim, baş müəllim işləyib.

2005-ci ildən “Beynəlxalq münasibətlər” kafedrasında çalışır.

*

*
2007-ci ildə “Qarabağ tayfalarının son tunc və ilk dəmir dövründə hərbi işi və silahları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

2010-cu ildə İqtisad Universitetinin Elmi Şurasının qərarı ilə dosent seçilib.

2010-cu ildə uzun müddət tədqiqatçı kimi çalışdığı “Gender Araşdırmaları Mərkəzi”-nin rəhbəri seçilib. ATƏT-in Gender üzrə beynəlxalq ekspertidir.

Ailəlidir, bir övladı var.

diana_0046

dos.D.Cəfərova UNEC NEWS-da

“İslam mədəniyyəti və sivilizasiyalararası münasibətlər” (23.10.2017)