aqil40572510208_nƏzizov  Aqil Nizami oğlu 

A.Əzizov 1987-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Amasiya rayonunda anadan olub.

Bakı Dövlət Universitetində İnzibati idarəetmə ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində eyni ixtisas üzrə magistr təhsili alıb.

2010-2012-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis vəzifələrində çalışıb.

2012-2014-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya krallığında Kraliçanın Belfast Universitetində (Queen’sUniversity Belfast) mühasibatlıq və maliyyə ixtisası üzrə magistr təhsili alıb.

2014-cü ildə “Azerenerji” ASC-də İnvestisiyaların idarəedilməsi departamentində maliyyə analitiki, “Turanbank”da bazar risklərinin idarəedilməsi üzrə baş mütəxəssis vəzifələrində çalışıb.

2014-ildən UNEC-də ingilis dilində mühasibatlıq və maliyyə fənlərini tədris edir.

2016-ci ilin aprel-noyabr aylarında UNEC Biznes Məktəbində proqram meneceri vəzifəsində işləyib.

2016-cı ilin noyabr ayından 2018-ci il oktyabr ayınadək UNEC-in SABAH mərkəzinin rəhbər müavini vəzifəsində çalışıb.

UNEC-in “Beynəlxalq iqtisadiyyat” (ingilis dilində) kafedrasının müəllimidir.

2018-ci ilin oktyabr ayından 01.11.2021-ci il tarixinə kimi UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru vəzifəsində çalışıb.

Aqil_4802межд.эк.школаUNEC-də Məzun günü – Bakalavr və magistrlərə Avropa universitetlərinin diplomları verildiUNEC-də Məzun günü – Bakalavr və magistrlərə Avropa universitetlərinin diplomları verildi

 

 

A.Əzizov UNEC NEWS-da

UNEC-də təlim: “Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması” (28.12.2017)
UNEC Gənc Müəllimlər Şurası yaradılıb
 (06.11.2017)
UNEC Gənc Müəllimlər Şurasının üzvlərini tanıyın (07.11.2017)

aqild16f541e97a4aqil_kamal_7249DSC_0166aqil1522e2fc98c91b85d4a

UNEC müəllimi Aqil Əzizov – qısa film

Təhsil Nazirliyinin Təhsil TV–internet televiziyasının Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunları haqqında qısa filmlər hazırlayıb. Filmlərdən biri də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimi Aqil Əzizov haqqındadır. Filmdə A.Əzizov xaricdə təhsilini davam etdirmək istəyən tələbələrlə öz təcrübəsini bölüşür, tələbə-müəllim münasibətlərindən danışır. A.Əzizovun dərs prosesi də filmdə təqdim olunub.

*